"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azay Quliyev Batum forumu ilə bağlı maraqlı faktlar açıqladı

24 Noyabr 2014 - 13:29
in SİYASƏT
“Brüsseldə bu təxribatın qarşısı alınsa da, görünür, ermənilər özlərinin çirkin niyyətini başqa formada və Çexiyanın “People in Need” təşkilatı vasitəsilə həyata img1636244keçirməyə çalışdılar”
“Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycana qarşı ermənilər və onların təsirində olan təşkilatlar tərəfindən təxribatın törədiləcəyi gözlənilən idi”. Bunu facebook hesabında deputat, QHT Şurasının sədri Azay Quliyev yazıb. O qeyd edib: “Ona görə ki, hələ noyabrın 5-də Avronest Parlament Assambleyasının Brüsseldə keçirilən komitə iclasında erməni nümayəndə heyəti və onun havadarları Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda yaradılımış qondarma QHT-lərin Batumi forumunda iştirak etməsini rəsmiləşdirməyə cəhd etdilər. Hətta Gürcüstandan olan məruzəçi Mirzaaşvilinin hesabatına əvvəlcədən bununla bağlı xüsusi bir tezisin salınmasına da nail olmuşdular. Lakin buna qəti etiraz bildirdikdən və belə bir qanunsuz qərarın qəbul ediləcəyi təqdirdə Azərbaycanın bu forumda iştirakını dayandıracağını bəyan etdikdən sonra bu məsələnin müzakirəsi dayandırıldı.
Brüsseldə bu təxribatın qarşısı alınsa da, görünür, ermənilər özlərinin çirkin niyyətini başqa formada və Çexiyanın “People in Need” təşkilatı vasitəsilə həyata keçirməyə çalışdılar. Belə ki, bu təşkilat düşünülmüş şəkildə Şərq tərəfdaşlığına daxil olan ölkələrdən insan hüquqlarının pozulması adı altında yalnız Azərbaycanı hədəfə aldı. Təsəvvür edin ki, nə forumda, nə də təşkil olunmuş aksiyada keçmiş prezident Saakaşvili və onun komanda üzvlərini açıq şəkildə siyasi təqibə məruz qoyan və 100-dən çox yüksək vəzifə tutmuş opponentlərini həbs etdirən Gürcüstan hakimiyyəti əleyhinə heç nə deyilmir. Hələ mən özünün siyasi rəqibləri ilə daha qəddar rəftar edən və Gürcüstandan fərqli olaraq onları həbsə deyil, “o dünyaya” göndərən, yəni güllə-baran edən Sarkisyan rejiminin “toxunulmazlıq” statusundan danışmıram. Belorusiyanı da bir kənara qoyuram. “People in Need” və onun “hüquq müdafiəçiləri”ni nədənsə bu ölkələrdə baş verən hüquq pozuntuları deyil, yalnız Azərbaycan narahat edirmiş. “Demokratiya mübarizləri” bu barədə nə danışmağı, nə də plakat asmağı lazım bilməyiblər. Baxmayaraq ki, tədbirin Batumidə keçirilməsindən, orada daha çox gürcü mətbuatının və rəsmilərinin iştirakından istifadə etməklə bu “qəhrəmanlar” Gürcüstanda baş verənlərə kifayət qədər diqqəti yönəldə bilərdilər. Bütün bunlar bir daha onu göstərir ki, Batumidə təşkil olunan bu şoular insan hüquqlarını müdafiə etmək istəyindən qaynaqlanmır.
Azərbaycanın xüsusi olaraq hədəf seçilməsinin və ölkəmizə qarşı aparılan çirkin kampaniyanın və Ermənistanın arxasında durduğu bu kimi oyunların mahiyyəti isə düşünürəm ki, hamıya bəlldir. Bu haqda yazmağa lüzum görmürəm. Sonda istərdim ki, ölkəmiz əleyhinə yönəldilən bu kimi ssenarilərdə yer almayan və Azərbaycanın maraqlarını hər şeydən üstün tutaraq daima prinsipiallıq nümayiş etdirən Milli Platformanın üzvlərinə təşəkkürümü bildirəm”.

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şaxtalı hava olacaq

Next Post

Ellada Məmmədli: “İsa Qəmbərin çıxışı təəssüf doğurur”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ellada Məmmədli: “İsa Qəmbərin çıxışı təəssüf doğurur”

“Müsavat heç kimin şəxsi mülkiyyəti deyil”- Vurğun Əyyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.