"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qurbanov: Güclü komandalara qarşı oynamaq…

02 Avqust 2022 - 19:02
in İDMAN

Məndə hər hansı həyəcan yoxdur. Əksinə, güclü komandalara qarşı oynamaq mənim üçün yaxşı olur. Həm təcrübəmi, həm də potensialımı artırmaq baxımından önəmlidir. Bu, gələcək düşüncələrimiz üçün də maraqlı qarşılaşma olacaq.
Bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızın üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar.
“Azərbaycan Premyer Liqasının ilk turunda “Səbail”ə qarşı keçirəcəyimiz matçın təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməmişik. AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli, itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur”, – deyə 50 yaşlı mütəxəssis əlavə edib.
Q.Qurbanov deyib: “Bizim üçün oyunda bir neçə element varsa, onlara əməl etməyə çalışırıq. VAR sisteminin olması, əlavə üstünlükdür. Belə olan halda heç nə gözdən qaçmır. Hər epizodda oyunçularım daha diqqətli olmalıdırlar. Bu, futbolçular üçün ilk oyundan əlavə yükləmə olacaq. Amma getdikcə daha çox faydası dəyəcək. Sabah kim layiqdirsə, o da qalib gəlsin. İnanıram ki, oyunda ədalətli qərarlar veriləcək. Hətta bəzən VAR sistemində də fikirlər üst-üstə düşmür. Maraqlı olacaq”.
Macarıstan çempionatının güclü olduğunu deyən baş məşqçi qeyd edib: “Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmalıyıq. Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşada III Yay Düşərgəsinin açılış mərasimi keçirildi

Next Post

Nensi Pelosi Tayvandadır – Foto

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Nensi Pelosi Tayvandadır – Foto

Nensi Pelosi Tayvandadır - Foto

DGK sədrinin müavini vəzifədən çıxarıldı

DGK sədrinin müavini vəzifədən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.