İslam Respublikasının atom-nüvə problemi ilə bağlı danışıqlar nəticəsiz başa çatıb. Halbu ki bəzi dairələrə bu müzakirələrin nəticə verəcəyi gözləyirdi.
Noyabrın 24-də Vyanada “5+1” qrupunun (ABŞ,Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla apardığı nüvə danışıqlarının vaxtı 2015-ci ilə qalıb
Elchi.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, danışıqların müddəti daha 7 ay uzadılıb.
İranın Vyanada Qərblə danışıqlar aparan nümayəndə heyətinin üzvləri noyabrın 24-də jurnalistlərə bildiriblər ki, danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.
Britaniyanın xarici işlər naziri Filip Hammond isə danışıqlarda xeyli irəliləyiş olduğunu vurğulasa da, deyib ki, müzakirə tərəfləri nüvə danışıqlarının vaxtının 2015-ci ilin iyul ayına qədər uzadılması haqda razılığa gəliblər.
Danışıqların dekabrda Omanda davam edəcəyi haqda məlumatı iingilis diplomat təsdiqləməyib. Bunula belə o, qeyd edib ki, İrandakı rejimə tətbiq edilən sanksiyaların yumşalması nəticəsində,ölkə iqdisadiyyatı hər ay 700 milyon dollar qazanacaq.



