“Rusiya Azərbaycanla bərabər perspektiv vəd edən əlaqələrin qurulmasında maraqlıdır”.
Axar.az Regnum xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Məsləhətin Şuranın rəyasət heyətinin sədri Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, Moskvada Ukrayna hadisələrindən sonra, digər post-sovet ölkələri ilə əlaqələrin təkrar qiymətləndirilməsi aparılır. “Müvəffəqiyyətsizlikləri aradan qaldırmaq üçün bir sıra tədbirlər görülür. Azərbaycanla bağlı balansı bərpa etmək və yaxşılaşdırmaq var”, – deyə Lukyanov bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında bəzi diplomatik aktivləşmə gözləmək olar, amma münaqişənin həllində sıçrayış gözləmək lazım deyil.



