"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şuşa ilə bağlı qərar verildi

04 Avqust 2022 - 11:25
in SİYASƏT

“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir.

Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Qoruğun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyət kəsb edən ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsini, bədii-estetik görkəmini, onların təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Mühafizə zonasının hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə mühafizə rejiminin tətbiq edildiyi sahə hesab edilir.

Mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.

Mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilmir.

Mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – İdarə) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.

Mühafizə zonasında siyahısı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna Əlavədə nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsinə yol verilmir.

Mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.

Mühafizə zonasında “Reklam haqqında” Qanunun tələblərinə uyğun olaraq İdarənin razılığı ilə reklam yerləşdirilə bilər.

Mühafizə zonasında mühəndis-kommunikasiya xətləri çəkilərkən və ya təmir-inşaat işləri aparılarkən, zəruri texniki təhlükəsizlik və yanğından mühafizə tədbirləri görülməlidir.

Hüquqi və fiziki şəxslər mühafizə zonasında bu Sənəddə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş tələblərə və məhdudiyyətlərə əməl etməlidirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əməliyyatdan sonra Qarabağda və sərhəddə vəziyyət…

Next Post

Erməni mediası “QİSAS” haqqında: “Artıq çıxılmaz vəziyyətdəyik”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Erməni mediası “QİSAS” haqqında: “Artıq çıxılmaz vəziyyətdəyik”

Erməni mediası “QİSAS” haqqında: “Artıq çıxılmaz vəziyyətdəyik”

Şəhidimiz son mənzilə yola salınır

Şəhidimiz son mənzilə yola salınır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.