ABŞ Dövlət departamentinin nümayəndəsinin brifinqində Azərbaycanda vurulan erməni vertolyotu haqda da sual səslənib. 

“Belə başa düşürük ki, ATƏT nümayəndəsinə əraziyə girişdən ola bilər imtina edilib. Ətraflı məlumatı ATƏT-in özündən almaq olardı. Amma aydndır ki, biz Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə ehtiyac olduğunu görürük”, – Dövlət Departamentinin mətbuat katibi Ceff Ratke “ATƏT müşahidəçilərinin vertolyotun vurulduğu əraziyə buraxılması ilə bağlı ABŞ hansısa addımlar atırmı” sualına cavabında bildirib. /Azadlıq radiosu/



