"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub – FOTOLAR

04 Avqust 2022 - 20:22
in ÖNƏMLİ

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Elchi.az xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.

Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir.

Layihə üzrə işlərin ümumi yerinə yetirilmə faizi 57%-dir:

  • 265 dairəvi borudan 166-ı artıq tikilib, 39-də işlər davam edir;
  • 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir;
  • 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir;
  • 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb,11-də işlər davam edir;
  • 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Hazırda avtomobil yolunun 0-22, 44-48-ci km-lik hissələrində yol geyiminin tikintisi işləri, 25.9-115-ci km-lik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri davam etdirilir.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37% təşkil edir.

Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli üzrə artıq qazma işləri, həmçinin beton püskürtmə işləri yekunlaşıb. 1007 metr uzunluğunda olan T1 tunelinin sol istiqaməti üzrə kəmər betonu (40 sm) işləri 550 metr məsafədə, 1033 metr uzunluğunda T1 tunelinin sağ istiqaməti üzrə kəmər betonu (40 sm) işləri 444 metr məsafədə tamamlanıb.

Ortalama uzunluğu 1822 metr olan T2 tunelinin sol istiqaməti üzrə ümumi 985.5 metr, sağ istiqaməti üzrə isə ümumi 1166.35 metr məsafədə qazma və püskürtmə beton işləri tamamlanıb.

Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma və püskürtmə beton işləri tamamlanıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda yük maşını yandı

Next Post

Norveç kralı xəstəxanaya yerləşdirdi

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Norveç kralı xəstəxanaya yerləşdirdi

Norveç kralı xəstəxanaya yerləşdirdi

Estoniya: Rusların AB-yə girişi qadağan edilsin!

Estoniya: Rusların AB-yə girişi qadağan edilsin!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.