"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fazil Mustafa: “Bütün dini şüarlar küçələrdən yığışdırılmalıdır”

04 Avqust 2022 - 21:49
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Ümumiyyətlə, soruşmaq lazımdır ki, dini şüar nə deməkdir? Dinin şüarı “Quran”da yazılıb. “Quran” ayələri də inşa edilən məscidlərin divarlarında əks olunub. Bundan o tərəfə hansı dini şüar ola bilər? Bu, artıq dini şüar olmaqdan çıxır, olur siyasi şüar. Bəzən də bunlar başqa dövlətlərin Azərbaycan ərazisində üstünlüyünü, ölkəmizdəki ayrı-ayrı qrupları idarə etməsini ifadə edən atributlardır. Azərbaycan polisi nə etməlidir? Əlbəttə, bütün dini şüarları küçələrdən yığışdırmalıdır. Hansı dini şüar ola bilər? Bu şüar sizin inancınızla bağlıdırsa, inanc insanın qəlbində, sözündə olur. Buyurun, ibadətinizi edin. Dini şüar adı ilə başqa ölkələrin hansısa ideoloji kursunu Azərbaycan məkanında həyata keçirmək nə deməkdir? Gedib həmin ölkələrdə bunu edə bilərsinizmi? Həmin ölkələrdə küçələrə, divarlara Azərbaycanın Qarabağla və başqa dəyərləri ilə bağlı bir şüarını yaza bilərsinizmi? Ona görə də bu, birbaşa başqa ölkələrdən idarə olunan prosesdir və bu prosesin qarşısı alınmalıdır”.

Elchi.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti, polisi bu məsələdə tamamilə haqlıdır və daha sərt davranmalıdır: “Kimlərsə dini inancını həyata keçirmək, ya da özü üçün din adına inanc kimi qəbul etdiyi hansısa prosesi icra etmək istəyirsə, bunu öz daxillərində, evlərində, hansısa məkanda həyata keçirirlərsə, buna kimsə maneə olmur ki… Amma kimsə şüarları küçələrə yazacaqsa, sonu nə olacaq? Onda İslama aid olmayan başqa dinlərin də bütün şüarlarını küçələrimizə, divarlara yazsınlar? Buna hansı dövlət icazə verər? Həm də Azərbaycanda dini yox, dünyəvi dövlətdir. Hər şey bu dövlətin qanunlarına uyğun idarə olunmalı, tənzimlənməlidir. Ona görə də bu məsələdə hər hansı güzəştə yol vermək olmaz”.

F.Mustafa qeyd edib ki, dində “şüar” deyə bir anlayış yoxdur: “Hansı anormal adam söyələyə bilər ki, dində divara yazılmalı şüar var? Hansı dinin şüarı var? Dini dövlət yoxdur ki, onun şüarı da olsun. Dinin mahiyyətini əks etdirən bütün kəlamlar ayələr formasında “Quran”da yer alır, Allah tərəfindən nazil olunub. Müəyyən qədər dini inancı əks etdirmək üçün bir çox məscidlərin divarlarında konkret ayələr ərəb əlifbası ilə yazılıb. Bir qrup insan başqa ölkələrdən təlimat alaraq burda dini ritualların xüsusi müdafiəçisi, qoruyucusu, hətta bəzən Allahın məsləhətçisi kimi, Allaha kömək edən, dəstəkçisi, müdafiəçisi kimi rolları ifa edirlər. Kim sizə bu səlahiyyəti verib?”

Deputat bildirib ki, hər kəs inancında sərbəstdir: “Konstitusiya bu hüququ verir. Amma inancı başqa insanlara qarşı təzyiq vasitəsinə çevirməyə kim icazə verər? Ona görə də bu məsələnin genişlənməsinə icazə vermək olmaz. Bu, təxribatdır və qarşısı asayişi qoruyan polislər tərəfindən alınmalıdır. Azərbaycanın gələcəyini təhlükə altına sala bilmərik. Bəzi başıboş adamlar bəlkə elə bilirlər ki, işlədikləri dövlətin, xidmət, nökərçilik etdikləri ölkələrin ayrı-ayrı ruhanilərinin, din adamlarının ideyasını Azərbaycanda rahatlıqla yaya bilərlər? Dövlətin gələcəyini düşünən insanlar olaraq buna yol verməməliyik. Bu kimi məsələlər mübahisəyə açıq deyil. Əvvala, dinin şüarı olduğunu kimsə sübut etsə, onda müzakirə etmək olar ki, bunu hardan oxuyub? Hansı kitabda var? Sən özün üçün xəyali bir şeylər uydurmusansa, gətirib onu Azərbaycan cəmiyyətində dinin adına sırıyırsansa, artıq bu, hoqqabazlıq kimi anlaşılmalıdır. “Quran”dakı ayələri hər yerdə sərbəst oxu, ibadətini et. Sən mütləq hansısa şüarla cəmiyyəti ətrafına toplayıb, yanlış istiqamətlərə aparmalısan? İslam dininə dəxli olmayan tezisləri, fikirləri, görüşləri İslam adı ilə sırımaqla dini hörmətdən salmağın mənası nədir? Niyə ziyan vurursunuz bu gözəl dinə? Gözəl əxlaqı təbliğ edən dinə niyə yaramaz, avara hərəkətlərinizlə ziyan vurursunuz? Azərbaycanda vicdan azadlığı var və kimsə buna maneə olmur. Amma Azərbaycanda din adı ilə hansısa istismar azadlığı yoxdur. Dini atributlar, yalandan dini bayraqlar… Hardan almısınız bu bayraqları? İslamın hansı bayrağı olub? Azərbaycanın bir bayrağı var, o da Dövlət bayrağıdır. Başqa bayrağı onun yanına niyə din adı ilə “soxuşdurursunuz?””

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xankəndində Azərbaycan bayrağı – FOTO

Next Post

“Putinin hələlik Ermənistana səfər planı yoxdur” – Peskov

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Putinin hələlik Ermənistana səfər planı yoxdur” – Peskov

“Putinin hələlik Ermənistana səfər planı yoxdur” - Peskov

Bu şəxslərin NƏZƏRİNƏ! – Qeydiyyat BAŞLAYIR

Bu şəxslərin NƏZƏRİNƏ! - Qeydiyyat BAŞLAYIR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.