Rusiya prezidenti Vladimir Putin dekabrın 18-də Bakı vaxtı ilə 13:00-da illik böyük mətbuat konfransı keçirəcək.Azvision.az bildirir ki, bu barədə müvafiq məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
Mətbuat konfransının keçiriləcəyi yer barədə sonra məlumat veriləcək. Jurnalistlərin akkreditasiyası ilə bağlı ərizələr isə dekabrın 5-dək qəbul edilir.
Qeyd edək ki, hər il keçirilən mətbuat konfransı bir neçə saat davam edir. Bu müddət ərzində Rusiya lideri vətəndaşların müxtəlif mövzularda suallarını cavablandırır.



