"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məktəbdə narkotik paylanır – Müəllimdən rəhbərliyə İTTİHAM

06 Avqust 2022 - 14:32
in FLƏŞ

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Elchi.az xəbər verir ki, o, paylaşımında bu səbəblərə görə ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib.

Müəllimin yazısında çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alır. Məsələn, o qeyd edir ki, şəgirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu, məktəb rəhbərliyini heç narahat etməyib: “Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır.

Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir.

Müəllim dərsə içkili halda girir.

Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir…”

R. Asiman əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

Müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

R. Asiman, həmçinin qeyd edib ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

Paylaşımla əlaqədar müəllimlə əlaqə saxlasaq da, bu mövzu ilə bağlı danışmaq istəmədi və bildirdi ki, artıq bununla bağlı tədbir görülüb.

Sözügedən ittihamlarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kəlbəcərdə minaya düşərək həlak olan şəhidin nəşi ailəsinə təhvil verildi

Next Post

Avropa Azərbaycandan qaz idxalını artırıb

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Avropa Azərbaycandan qaz idxalını artırıb

Avropa Azərbaycandan qaz idxalını artırıb

Ərdoğan hərbçimizin şəhid olmasından DANIŞDI

Ərdoğan hərbçimizin şəhid olmasından DANIŞDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.