“Qeyler öldürərək” xal toplayan ‘Ass Hunter’ adlı oyun, şiddətli tənqidlərdən sonra “Google Play”-dən çıxarılıb
ELCHI.AZ bildirir ki, “Google”-nin tətbiq mağazası “Google play”-in təqdim etdiyi ‘Ass Hunter’ adlı oyun tənqid yağışına məruz qalıb. Narazılıqların səbəbi isə oyunda tur keçmək üçün “qeyləri öldürərək” xal toplamağın zəruriliyi olub.
İngiltərənin “İndependent” qəzetinin xəbərinə görə, həftələr boyunca istifadəyə açıq olan oyun, istifadəçilər tərəfindən 10 mindən çox endirilib. 200-dən çox “beş ulduz” alan oyun “Google Play”-den çıxarılsa da hələ də internetdə qalmaqdadır.




