"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni təxribatları davam edir

08 Avqust 2022 - 16:46
in Cebhe-banner, MANŞET

Azərbaycan-Ermənistan sərhədində artıq bir neçə gündür gərginlik müşahidə edilir. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də Ordumuzun bölmələrinə qarşı törətdiyi terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Azərbaycan Müdafiə Nazirliyinin (MN) dünən yaydığı rəsmi açıqlamada isə ötən sutka ərzindəerməni silahlı birləşmələri tərəfindən mövqelərimizin ümumilikdə 10 dəfə atəşə tutulduğu bildirilir: “Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib”.

“Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb”.
Hərbi ekspert Ramil Məmmədli Elchi.az-a açıqlamasında söyləyib ki, son vaxtlar Kəlbəcər və Laçın istiqamətində baş verən təxribatlara müxtəlif prizmalardan yanaşmaq olar”.

Ekspertin sözlərinə görə, məsələyə “Ermənistan nə istəyir?” sualı qoyaraq yanaşdıqda bəzi məqamlar ortaya çıxmış olur:

“Onların düşüncəsinə görə, birinci məqam diqqəti yenidən Qarabağ probleminə, “münaqişənin həlli”nə yönəltmək məsələsidir. İkinci bir məsələ ermənilərin orada hansısa bir hüquqi statusa nail olmaq istəyidir. Sonuncu məsələ isə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsidir. Bu məsələyə ümumiləşdirilmiş formada yanaşdıqda meydana çıxan məqam Ermənistan tərəfindən sülhün bərqərar olunması üçün atılan addımlarda siyasi iradənin nümayiş etdirilməməsidir”.

R.Məmmədli hesab edir ki, Ermənistan, xüsusilə Kəlbəcər və Laçın istiqamətində atəşkəsi davamlı olaraq pozmaqla həmin ərazidə müəyyən hərbi-taktiki uğur qazanmaq istəyir, bununla yanaşı prosesdə mövcudluğunu sübut etməyə çalışır:

“Təbii ki, bunun da əsas səbəblərindən biri üçtərəfli bəyanatın müddəalarının doğru-düzgün icra olunmamasıdır. Xüsusilə də 10 noyabr bəyanatının 4-cü bəndinin – Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən, Qarabağdan çıxması. Hesab edirəm ki, bu məsələ əsas məqamlardan biridir və Azərbaycan həmişə olduğu kimi, sonuncu dəfə də öz mövqeyini ortaya qoydu. Dövlətimizin başçısı sonuncu dəfə də bu məsələ ilə bağlı açıq şəkildə fikrini bildirdi”.

R.Məmmədli açıqlamasında hadisələrin belə davam edəcəyi halda anti-terror əməliyyatının qaçılmaz olduğunu da diqqətə çatdırıb: “Ermənistan hərbi birləşmələri oradan çıxmalıdır. Əks təqdirdə, bu cür qarşıdurmalar, təxribatlar olacaq. Və təəssüfedici hal da odur ki, proses belə davam edərsə, bir müddətdən sonra Azərbaycan təkrar olaraq anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Azərbaycanı dünyaya nümunə GÖSTƏRDİ

Next Post

Bu şəxslər prokurorluğa çağırıldı – Xəbərdarlıq edildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Bu şəxslər prokurorluğa çağırıldı – Xəbərdarlıq edildi

Bu şəxslər prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi

Ukraynaya elə silahlar vermişik ki… – Şolts

Bizi çətin aylar gözləyir, amma Kiyevi dəstəkləyirik - Şolts

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.