"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin-Mişel yarışı: Rusiya növbəti üçtərəfli görüşü təşkil edir…

15 Avqust 2022 - 16:39
in SİYASƏT

Bölgəmizdə maraqlı bir yarış gedir. Avropa İttifaqının Azərbaycan-Ermənistan arasındakı münasibətlərə dair hər addımı Rusiya tərəfindən qıcıqla qarşılanır və mütləq müvafiq cavab verilir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Buna şərti olaraq Putin- Mişel yarışması da demək olar. Kreml iki ölkə arasında hazırda mövcud olan atəşkəsin və sülhün əsas hakimi rolunu heç cür Avropa İttifaqına güzəştə getmək istəmir.

Söhbət nədən gedir?

Bu suala cavab vermək üçün bir rəsmi xəbərə diqqət edək: ‘’Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqustun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev məlumat verib.

O, planlaşdırılan görüşlə bağlı daha ətraflı məlumatın sonra veriləcəyini əlavə edib.

Nəzərə çatdıraq ki, ötən həftə Avropa İttifaqının Azərbaycan-Ermənistan rəhbərlərinin iştirakı ilə növbəti görüşün təşkil olunacağına dair açıqlama verilmişdi’’…

Musavat.com bildirir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son 1 ildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, kommunikasiyalar və sülh müvaqiləsinin əldə olunması məqsədilə təşəbbüskarlıq edir. Bu məqsədlə onun təşəbbüsü ilə Azərbaycan-Ermənistan rəhbərlərinin iştirakı ilə 3 üçtərəfli görüş keçirilib. Növbəti görüşün bu ayın ortalarında planlaşdırıldığı haqda məlumatlar verilmişdi.

Yəni hər dəfə Aİ-nin təşəbbüsü ilə görüşlər keçiriləndən sonra, yaxud belə bir görüşə təşəbbüs göstərilən kimi Rusiya da üçtərəfli görüşlər, yaxud digər formada təmaslar, danışıqlar təşəbbüsü ilə ortaya çıxır.

Təbii, Rusiya 10 noyabr üçtərəfli bəyanatının həmmüəllifi kimi məsuliyyət daşıyan tərəfdir.

Ancaq mənzərə bundan ibarətdir ki, 10 noyabrdan bəri ötən müddət ərzində Rusiya münasibətlərin tənzimlənməsi, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün tələblər qoymur. Belə olan təqdirdə Aİ-nin təşəbbüskarlığı ələ alması başadüşüləndir.

Təbii ki, Azərbaycan bütün sağlam vasitəçilik təşəbbüslərinə açıqdır və bütün tərəflərin bu yöndə düzənlədiyi görüşlərə yox demir.

Ancaq ümumi mənzərə bundan ibarətdir ki, sanki münasibətlərin normallaşmasına nail olmaq, Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək əvəzinə, Rusiya Aİ ilə bir nüfuz yarışındadır.

Elə bunun nəticəsidir ki, Azərbaycan avqustun ilk günlərində yenidən “Dəmir yumruğu” işə salmağa məcbur oldu.

“Qisas” əməliyyatı artıq öz bəhrəsini vermiş sayılır: ermənilər Laçının mərkəzini və Zabuxu tərk edir. Bunun ardınca nə gələcək? Aİ-nin və Rusiyanın təşəbbüsləri ilə keçiriləcək növbəti görüşlərdən sonra konkret nəticələr əldə olunacaqmı? Daha bir sual – bölgəmizdə Azərbaycana da aid olan belə bir yarışmanın olması işin və məqsədlərimizin xeyrinədirmi, zərərinədirmi?

Hikmət Babaoğlu: “İndiki vəziyyət son iki yüz illik tariximizin tamamilə yeni gerçəkliyidir”

YAP-çı deputat Hikmət Babaoğlu proseslərdə söz sahibinin Azərbaycan olduğunu qeyd etdi: “Hazırda doğrudan da dünyada yeni nüfuz dairələri uğrunda mübarizə get-gedə daha da sərtləşir. Hətta qlobal güclər arasında bu geosiyasi rəqabət çox ciddi müharibələr mərhələsinə daxil olub. Bu mənada Cənubi Qafqaz da yeni dünya nizamının gələcək perspektivləri baxımından ən strateji rayonlardan biri kimi bəzi iddialı mərkəzlərin maraq dairələrinə daxildir. Belə maraqlar isə region uğrunda kəskin rəqabət yaradır. Şübhəsiz ki, Rusiya və Avropa İttifaqı da belə maraqlı tərəflərdən ikisidir. Ancaq məsələ ondadır ki, belə rəqabətin nə ilə nəticələnə biləcəyi, yaxud strateji tarazlığın necə yaradılacağı bu gün daha çox region ölkələrinin iradəsi və davranışından asılıdır. Bu mənada indiki vəziyyət son iki yüz illik tariximizin tamamilə yeni gerçəkliyidir. Yəni hazırda regionumuz, daha dəqiqi, Cənubi Qafqaz və onun gələcəyi ilə bağlı kimin hansı səviyyədə və miqyasda, hansı platformada necə rəqabət aparmasından asılı olmayaraq bu prosesdə əsas söz sahibi Azərbaycandır. Ona görə də Azərbaycan rəqabət edən güc mərkəzlərinin maraqları arasında məharətli siyasi-diplomatik manevrlər edərək, hətta bəzən bu manevrləri hərbi-siyasi dəstəklə gücləndirərək öz məqsədlərini təmin edə bilir. Qarabağ ətrafında baş verən sonuncu erməni təxribatından sonra rəsmi Bakı bir daha Ermənistan-Azərbaycan münasibətlərinin gələcək perspektivləri ilə bağlı bütün tənzimləyici alət və mexanizmlərin onun əlində olduğunu göstərdi. Bu reallıq isə həm Aİ, həm də Rusiya tərəfindən açıq şəkildə görülür və qəbul edilir. Eyni zamanda o da hər kəsə aydındır ki, indiki vəziyyətdə regiona hər hansı müdaxilə yalnız beynəlxalq hüquq və onun tələbləri istiqamətində mümkündür. Beynəlxalq hüquq isə bir ölkənin suveren sərhədləri daxilində hər hansı başqa bir ölkənin, yaxud icmanın silahlı dəstələrinin, terror qruplarının olmasını rədd edir. Azərbaycan da öz ərazilərindən belə terrorçu quldur dəstələrini təmizləməklə və hər qarış ərazisində suveren hüquqlarını bərpa etməklə məşğuldur. Bu məsələdə həm rəsmi Brüssel, həm də rəsmi Moskva ilə hər cür əməkdaşlığa hazırdır”.

Niyaməddin Orduxanlı: ““Qisas” əməliyyatı artıq öz bəhrəsini verir”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı “Qisas” əməliyyatının getdikcə bəhrəsini verdiyini söylədi: “Azərbaycan dövləti Qarabağ probleminin həlli istiqamətində həm Putinin, həm də Avropa İttifaqı Şurasının Prezidenti Mişelin təşəbbüskarlığını yüksək qiymətləndirir. Biz beynəlxalq hüquqa söykənib ərazi bütövlüyümüzün tam təmin olunmasını ortaya qoymuşuq. Haqlı tərəf bizik. Həm də biz Avropanın tərkib hissəsi olmaqla yanaşı, Rusiyanın Qərbə yönəltdiyi sanksiyalar fonunda Avropa üçün daha önəmli enerji dövlətiyik. Bu gün Avropanın Azərbaycana böyük ehtiyacı var. Rusiyanın bölgədəki nüfuzu danılmazdır. Demək olar ki, qeyri-rəsmi Ermənistanın yiyəsidir, sahibidir. Ermənistan Rusiyanın forpostudur. Hər kəsə bəllidir ki, Azərbaycan 10 noyabr bəyannaməsində Rusiya ilə, xüsusən Putinlə razılaşıb. Avropa bütün imkanları ilə çalışır ki, Ermənistanı Rusiyanın təsir imkanlarından çıxartsın. Ancaq mən bunu bu gün mümkünsüz sayıram. Xatırlayırsınız Mişelin təşəbbüsü ilə keçirilən ilk görüşü? Paşinyan Brüsseldə sülhə dair bəyanatlar verdi. Ancaq Putin Paşinyanı Kremlə çağırandan sonra Paşinyan Brüsseldəki bəyanatının əksinə çıxışlar etdi. Bu gün həqiqətən də Putin-Mişel yarışı gedir. İnanmıram ki, Ermənistan Rusiyanın iradəsindən kənar hər hansı bir addım atsın. Azərbaycan Avropa İttifaqı ilə müzakirə aparmaqla yanaşı, əsasən Rusiya ilə sülhün əldə olunması üçün hərtərəfli müzakirə etməlidir. Bu gün görünən odur ki, hələ ki Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Vəziyyətin belə qalması Rusiya üçün daha əlverişlidir. Sülh olsa, Rusiyanın regionda təsir imkanları olmayacaq. Bu düşüncədədirlər. Mişelin istənilən təşəbbüsü həm də Rusiya tərəfindən qıcıqla qarşılanır və mütləq müvafiq cavab verilir. Ancaq həqiqət budur ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatının həmmüəllifi kimi məsuliyyət daşıyan tərəf olmaqla yanaşı, münasibətlərin tənzimlənməsi, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün tələblər qoymur. Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək əvəzinə, Rusiya Aİ ilə mübarizəyə qoşulub. Azərbaycan avqustun ilk günlərində yenidən ”Dəmir yumruğu” işə salmağa məcbur oldu. “Qisas” əməliyyatı artıq öz bəhrəsini verir. Erməni mətbuatını izləyirik. Rəsmiləri avqustun 25-nə qədər Laçının mərkəzini və Zabuxu tərk edəcəklərini bildirirlər. Həm Aİ ilə, həm də Rusiya ilə aparılan danışıqlar Azərbaycanın xeyrinədir. Burada heç bir ziyandan söhbət gedə bilməz”.

Tural İsmayılov: “Siyasi güclər indiki məqamda təxribatçının kim olduğunu yaxşı bilirlər”

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə bunları dedi: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmağı region üçün mühüm əhəmiyyətə malikdir. Cənubi Qafqazda sabitlik Avrasiyada yeni iqtisadi-siyasi imkanlara rəvac verə bilər. Bunun üçün də bundan sonra bölgədə xaos yox, stabillik önəmlidir. Şübhəsiz ki, geostrateji maraqlar kontekstində Cənubi Qafqazda vasitəçilik uğrunda Qərb və Rusiya arasında rəqabət var. Brüssel görüşlərindən həmən sonra rəsmi Moskva üçtərəfli görüşlərlə bağlı fəallıq nümayiş etdirir. Hazırda 10 noyabr bəyanatına uyğun olaraq ermənilər Zabuxu tərk edir. Azərbaycanın Laçın dəhlizi ilə bağlı mövqeyi həm Rusiya, həm də Aİ tərəfindən dəstəklənir. Ortada Ermənistanın imza atdığı sənəd var, siyasi güclər indiki məqamda təxribatçının kim olduğunu yaxşı bilirlər. Bu proses ardıcıllıqla icra ediləcək. Həm Aİ, həm də Rusiya üçtərəfli görüşlərdən sonra aktiv olmalıdırlar. Nəticə olmağı üçün Ermənistana ciddi praktiki təzyiqlər olmalıdır. Bütövlükdə həm Aİ, həm də Moskvanın moderatorluğu ilə görüşlərin keçirilməsi ölkəmizin maraqlarına cavab verir. Amma Ermənistan provokasiyalardan sonra beynəlxalq güclər tərəfindən cəzalanmasa, real inkişaf da ləng baş verəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başladı

Next Post

Ermənilər Laçında meşəni yandırdılar – Video

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ermənilər Laçında meşəni yandırdılar – Video

Ermənilər Laçında meşəni yandırdılar - Video

Putin Rusiyanın müttəfiqlərini təriflədi: Onlar əsl kişi xarakteri nümayiş etdirir

Putin Rusiyanın müttəfiqlərini təriflədi: Onlar əsl kişi xarakteri nümayiş etdirir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.