Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, 2-ci qrup Qarabağ əlili Asif Yusifli noyabrın 25-də axşam saat 22 radələrində yoxa çıxıb. Bu
barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.
barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.Məlumatda deyilir ki, Asif Yusifli bir neçə gün öncə ayağından ağır əməliyyat keçirib. O axşam saatlarında digər partiya yoldaşının avtomobilində olduğu zaman saxlanılıb. Partiya yoldaşı avtomobilini Nərtimanov metrosu yaxınlığında ərzaq mağazasının qarşısında əyləyib mağazaya daxil olub. Bir neçə dəiqəqədən sonra mağazadan çıxarkən Yusiflini avtomobildə görməyib. AXCP Asif Yusiflinin yoxa çəxması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Qaynar Xətt” xidmətinə müraciət edib.
Hüquq mühafizə orqanları Asif Yusifli ilə bağlı Amerikanın Səsinin suallarına hələ cavab verməyib.
Asif Yusifli bundan öncə partiya fəıallarına izləndiyini deyibmiş (“Amerikanın səsi”).
Günün ikinci yarısında AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin yeri məlum olub.
AXCP sədrinin müşaviri Məmməd İbrahim “Media forum” saytına deyib ki, Asif Yusiflini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həbs edib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd aylıq həbs qərarı çıxarılıb: “Noyabrın 26-sı günorta saatlarında Nərimanov Rayon Məhkəməsindən bir vəkil mənə zəng vuraraq bildirdi ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həbs edib və barəsində həbs qərarı seçilməsi üçün Nərimanov Rayon Məhkəməsinə gətiriblər. Məhkəmə Asif bəy barəsində dörd ay həbs qətimkan tədbiri seçib”.
Asif Yusifli dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.



