"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident Lorentzonu qəbul etdi – Yenilənib

16 Avqust 2022 - 15:33
in SİYASƏT

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Tobias Lorentzson dedi: Cənab Prezident, İsveç Kralı tərəfindən imzalanan, mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməyim ilə bağlı etimadnaməni və sələfimin geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Cənab Prezident, icazə verin, Əlahəzrət Kralın dostluq və dərin ehtirama dair zəmanətini Sizə yenidən çatdırım.

Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyimə çox şadam. Sizdən xahiş edirəm, mənim də salamlarımı Kral həzrətlərinə çatdırasınız. Sizə Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, iş qrafikiniz sıx olacaq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edəcək və bir çox yeni sahələri əhatə edəcək. Biz baxmalıyıq ki, hansı sahədə maksimum nəticə əldə etmək olar. Hesab edirəm ki, biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik – qarşılıqlı ticarətin səviyyəsini neçə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası.

Dövlətimizin başçısı daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirdi. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini dedi, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirdi və bunun da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacağını vurğuladı.

Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Tobias Lorentzson dedi: Mən ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə vermək arzusundayam. Sizin də qeyd etdiyiniz kimi, buraya ticarət və sərmayə qoyuluşu daxildir və mən ümid edirəm ki, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviq edə biləcəyəm. Həmçinin buraya dayanıqlı biznes həlləri də daxildir. Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” – İlham Əliyev

Next Post

Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama: Diversiya…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama: Diversiya…

Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama: Diversiya...

Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? – RƏSMİ

Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.