"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspert: Cari ildə buğda qıtlığı olacağı gözlənilmir

16 Avqust 2022 - 20:10
in Cebhe-banner, MANŞET

Dünyada baş verən COVID-19 pandemiyası səbəbindən təchizat zənciri pozuldu. Nəticədə qida çatışmazlığı qorxusu insanlar və ölkələr üzərində psixoloji təsirlər yaratdı. Bu da buğdaya tələbin artmasına gətirib çıxardı. Eyni zamanda, qlobal iqtisadiyyatı pandemiya durğunluğundan çıxarmaq üçün yumşaq pul və fiskal siyasətin həyata keçirilməsi əmtəə məhsullarına tələbi artırdı. Rusiya və Ukrayna dünyanın buğda istehsalında 14 faiz və ticarətində 20 faiz paya sahibdir. İki dövlət arasındakı müharibə buğdaya tələbin artmasına və qiymətlərin 2022-ci ilin fevral-mart aylarında son 15 ilin ən yüksək həddinə qalxmasına səbəb oldu. Həmçinin son qlobal proseslər fonunda bütün əmtəələrin, o cümlədən taxıl istehsalı üçün vacib olan gübrə və herbisidlərin qiyməti kəskin artdı. Bu da istehsal xərclərinin artmasını və qiymət yüksəlməsini dəstəkləyən iqtisadi amillər oldu.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Cəfər İbrahimli bildirib.

Ekspert qeyd edib ki, buğda tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri, o cümlədən Azərbaycanı qiymət artımı narahat edirdi. Cari il üzrə Hindistanda məhsul istehsalı 5 milyon ton azalıb. Buna baxmayaraq, qonşu ölkələrdə -Türkiyə və Rusiyada taxıl istehsalında 5 milyon tona yaxın artım olacaq. Bu da təxminən dünyada gözlənilən 780 milyon ton buğda məhsulu yığılması deməkdir. Yəni, ötən illərlə müqayisədə istehsalda və istehlak həcmlərində ciddi artım olacağı gözlənilmir. Əlavə olaraq təchizat zəncirində düzəlmə və istehsalçı ölkələrin ixrac məhdudiyyətlərini mərhələli şəkildə qaldırdığı müşahidə olunur. Buna nümunə kimi Rusiyanın məhdudiyyətləri qaldırması və Ukrayna anbarlarında ötən ildən qalan 10 milyon ton taxıl məhsullarının bazarlara çıxarılmasını göstərə bilərik. Bütün bunların fonunda illik təxminən 9 milyard dollarlıq buğda satışı olan Rusiyanın digər məhdudiyyətlərə baxmayaraq, buğda satışı qiymətinin son 2 ayda 50 faizə yaxın enməsinə səbəb oldu. Azərbaycan əsasən ildə 1,3 milyon ton ərzaqlıq buğdanı Rusiyadan idxal edir. Bu il də ehtiyac olan qədər idxal edilməsində problem olmayacaq.
Cəfər İbrahimli bildirib ki, qlobal aləmdə olduğu kimi, Azərbaycanda da istehsal dövründə gübrənin, herbisidlərin və toxumun qiymətində artım müşahidə olunur. Lakin bu artım daxildə baş verən proseslərlə bağlı deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, – əgər belə demək mümkündürsə, – idxal olunub”. Ötən il dizelin və eyni zamanda, bütün mal və xidmətlərin dəyərində artım müşahidə edilib. Bu da öz növbəsində bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağı gözlənilirdi. Çünki istehsal xərci yüksəlib. İstehsalın təxminən 10 faizə yaxın azalması daxili bazarda qiymətlərin ən yüksək həddə qədər yüksəlməsini dəstəkləyib.
Ekspert əlavə edib ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində qiymət artımı tendensiyası dayanıb və trend sabitləşmənin olduğunu göstərir. Son iki ayda dünya əmtəə birjalarında buğda qiymətlərində də eniş, trendli stabilləşmə müşahidə edilir. Nəticə etibarilə cari ildə dünyada buğda qıtlığı olacağı gözlənilmir, ancaq qiymətlərin əvvəlki illərlə müqayisədə yüksək olması reallığı ilə barışmalıyıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Meymunçiçəyi cənub sərhədlərimizə ÇATDI

Next Post

Əli Əliyevin şikayəti təmin edilmədi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Əli Əliyevin şikayəti təmin edilmədi

Əli Əliyevin şikayəti təmin edilmədi

FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU

FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.