Moderator.az xəbər verir ki, aznews.az-ın məlumatına görə, qəza enişinin səbəbi təyyarədə olan 2 içkili sərnişinin qarışıqlıq salması ilə əlaqədar olub.
Komandir təyyarə göyərtəsində ştatdan kənar vəziyyət barədə bu məlumatları verib: “2 sərnişin spirtli içkidən çoxlu istifadə etdikdən sonra, göyərtədə qarışıqlıq salıblar. Boeing-737 təyyarəsi “Tolmaçevo” hava limanında məcburi eniş etməli olur”. Bir neçə dəqiqə ərzində trapa polis bölməsi cəlb edilir və yalnız bundan sonra qışqır-bağır salan sərnişinləri təyyarədən çıxarmaq olub.
“Tolmaçevo” dispetçer mərkəzindən xəbər verilir ki, texniki heyət tərəfindən baxış keçirildikdən və yanacaqla doldurulduqdan sonra təyyarə Moskvaya yolunu davam edib.
Təyyarə İrkutsk-Moskva reysi ilə uçurdu.




