"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Palata dövlət agentliyində nöqsanlar AŞKARLADI

17 Avqust 2022 - 15:09
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini aparıb.

Bu barədə Elchi.az-a Palatadan məlumat verilib.

Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbiri 11 oktyabr 2021-ci ilə qədər strukturu üç qurumdan – Dövlət Dəniz Agentliyindən, Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsindən ibarət olmaqla fəaliyyət göstərmiş Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra Agentlik) 1 yanvar 2018-ci il tarixindən 1 yanvar 2022-ci il tarixinə qədərki fəaliyyətini və həmin dövr üzrə 43 milyon manata yaxın dövlət vəsaitini əhatə edib.

Auditlə müəyyən edilib ki, dövlət sifarişinin yerinə yetirilməsi çərçivəsində dövlət büdcəsinin vəsaitlərinə olan tələbat düzgün əsaslandırılmamış, qeyri-büdcə mənbələrindən əldə olunan vəsaitlərin (gəlirlərin) faktiki, eləcə də potensial həcmləri müvafiq hədlərdə nəzərə alınmayıb;

gəmilərin beynəlxalq və kabotaj səfərləri üzrə hərəkətinin elektron uçotunun təşkili ilə əlaqədar müəyyən işlərin görülməsinə baxmayaraq, agentlikdaxili qurumların funksional fəaliyyətlə bağlı məlumatlarında eyni uçot göstəriciləri arasında fərqlər mövcud olmuş, eləcə də elektron informasiya sistemi tariflərin hesablanması meyarlarına tam cavab verməyib;

dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilmiş xidmətlərdən tarif yığımları bir sıra gəmilər (gəmi istismarçıları və ya gəmi agentləri) üzrə vaxtında və tam həcmdə ödənilmədiyi hallarda müvafiq inzibati hərəkətlər yerinə yetirilməmiş, bu və digər səbəblər üzündən yığılması təmin edilməyən ümumi debitor borcların həcmi 2,0 mln. manatadək yüksəlmiş, eyni məzmunlu əməliyyatlar çərçivəsində 1,95 mln. manat məbləğində vəsait isə maliyyə uçotu sənədlərində debitor borc kimi tanınmayıb;

gəmi heyət üzvləri üçün hazırlıq kurslarının təşkilində, eyni zamanda xarici bayraq altında üzən və ölkənin ərazi sularına daxil olan gəmilərə agent xidmətlərinin göstərilməsində, bazarın eyni xidmətlər təklif edən digər iştirakçıları ilə müqayisədə Agentliklə faktiki olaraq müxtəlif məzmunlu digər əməliyyatlar rəsmiləşdirilmiş bir sıra şirkətlər üstün paya malik olmuşlar ki, bu da əhəmiyyətli uyğunsuzluqlar yaradıb;

dövlət vəsaitlərinin xərclənməsi çərçivəsində dəyəri ödənilməklə alışı rəsmiləşdirilmiş malların (işlərin, xidmətlərin) mövcudluğu ilə bağlı müəyyən edilmiş nöqsanların 67 %-i icarəyə götürülmüş yedək gəmisinin faktiki olaraq istifadə olunmaması, 14,1 %-i yedək gəmisi və sürətli kater üzrə artıq yanacaq sərfiyyatı, 6,1 %-i bir sıra proqram təminatları və proqram təminatlarına texniki dəstək xidmətləri, 12,8 %-i isə təmir işləri, inventarlar və müxtəlif məzmunlu xidmətlərlə əlaqədar olub;

dövlət satınalmaları üzrə ehtimal olunan qiymətlərin hesablanmasının rəsmiləşdirilməsi prosesində malların (işlərin, xidmətlərin) qiymətləri barədə məlumat toplamaq imkanlarından səmərəli istifadə olunmaması, eyni zamanda müqavilə şərtlərinə əməl olunmasının təmin edilməməsi hallarına əsasən dəniz buylarının, çap məhsullarının və kompyuter avadanlıqlarının alışı çərçivəsində ümumilikdə 1,0 mln. manata yaxın vəsaitə qənaət olunmayıb;

nəzarət yoxlama fəaliyyəti, gəmilərin hərəkətinin uçotu, tariflər üzrə gəlirlərin hesablanması və yığılması, dövlət satınalmalarının həyata keçirilməsi, alışların sənədləşdirilməsi və dövlət əmlakının qorunub saxlanılması sahəsində cari auditlə aşkar edilmiş nöqsanların Agentliyin və tabeliyində olmuş publik hüquqi şəxslərin auditlə əhatə olunan bütün hesabat dövrlərinə təsadüf etməklə miqyası və sistemli xarakter daşıması daxili nəzarət mühitinin (sisteminin) dövlət sektoru kontekstində sağlam meyarlara əsaslanmadığını göstərib;

gəmilərdə həyata keçirilmiş yoxlamaların nəticələri üzrə 552 aktdan 470-ində (85,1 %-də) 3510 adda nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edilməklə müvafiq qaydada sənədləşdirilməsinə və gəmi müfəttişliyinin nəzarət sisteminə işlənməsinə baxmayaraq cərimə məbləğlərinin tətbiqinə dair yekun qərarların qəbul edilməsi üçün ardıcıl inzibati tədbirlər həyata keçirilməyib.

Auditlə əhatə olunan dövrdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində ümumilikdə 9,9 milyon manat dövlət vəsaitinin bərpa olunması və uzun müddət ərzində yığılmamış 1,03 milyon manat məbləğində debitor borcların ödənilməsi təmin edilib, eyni zamanda funksional fəaliyyətin zəruri meyarları nəzərə alınmaqla proqram təminatının yaradılması, gəmilərə agent xidmətləri göstərən bütün hüquqi və fiziki şəxslərlə hüquqi münasibətləri tənzimləyən müqavilələrin bağlanması, daxili audit xidmətinin fəaliyyətinin təşkil olunması, gəmi heyəti üzvlərinə ixtisas şəhadətnamələrinin və təsdiqnamələrin verilməsi üzrə ixtisas imtahanlarının proqram təminatının təkmilləşdirilməsi istiqamətlərində tədbirlərin reallaşdırılmasına nail olunub.

Dövlət satınalmalarının həyata keçirilməsini tənzimləyən hüquqi aktların tələblərinin gözlənilməsi, o cümlədən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması və əlavə xərclərin qarşısının alınması, müqavilə şərtlərinə əməl olunmasına daxili nəzarətin gücləndirilməsi, eləcə də aktivlərin və öhdəliklərin növbədənkənar inventarizasiyasının aparılması da auditin nəticələri üzrə verilmiş təkliflərin sırasında yer alıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tofiq Zülfüqarov: “Rusiya Ermənistandan çıxır”

Next Post

Ermənistanda hava limanında bomba həyəcanı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Ermənistanda hava limanında bomba həyəcanı

Ermənistanda hava limanında bomba həyəcanı

Akif Nağı yeni partiyanın sədri oldu

Akif Nağı yeni partiyanın sədri oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.