"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvada Müslüm Maqomayevin yubileyi qeyd edildi

17 Avqust 2022 - 23:30
in MƏDƏNİYYƏT

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi günü onun yaradıcılığının pərəstişkarları Moskvada dahi müğənninin abidəsi önünə toplaşıblar.

Elchi.az xəbər verir ki, tədbir iştirakçıları abidə önünə gül dəstələri düzüb, Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüblər.

Təntənəli tədbirdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova çıxış edərək müğənninin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşməsinə verdiyi dəyərli töhfələri qeyd edib. O, Müslüm Maqomayevin Azərbaycanı “atası”, Rusiyanı isə “anası” adlandırdığını və milyonlarla dinləyicinin qəlbini fəth edən istedadın məhz iki xalqın çoxəsrlik mədəniyyətlərinin yetirməsi olduğunu xatırladıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənninin abidəsinin açılışının olduğunu bildirib.

Rusiyanın Xalq artisti Zaur Tutov qeyd edib ki, Müslüm Maqomayevin böyük irsi milyonlarla insanı sevindirib, sevindirir və sevindirəcək. “Bu, böyük, əsl saf, ürəkdən gələn sənətdir. Çox gözəl, bacarıqlı və yüksək səslə oxuyan vokalçılar kifayət qədərdir, lakin bizim dahi Müslüm Maqomayev fantastik məlahətlə ifa edirdi. Müslüm Maqometoviç yaradıcılığı ilə bir çox siyasətçilərin, ümumilikdə müxtəlif millətlərdən və dinlərdən olan milyonlarla insanın qəlbini bir araya gətirmək baxımından daha çox iş görüb”, – deyə müğənni bildirib.

Müslüm Maqomayevə həsr olunmuş və Moskvada nəşr olunan “Əbədi məhəbbətim” kitabının müəllifi Təyarə Vəlimətova dahi müğənni və onun həyat yoldaşı Tamara Sinyavskaya ilə görüşləri ilə bağlı xatirələrini bölüşüb: “Kitabın adını Tamara Sinyavskayanın seçməsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir. “Əbədi məhəbbətim” romanı 500 tirajla işıq üzü görüb. Mən bütün kitabları XX əsrin dahi Orfeyinin istedadının əsl pərəstişkarlarına hədiyyə kimi payladım”, – deyə yazıçı bildirib.

Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları onun abidəsi önündə repertuarından mahnılar ifa edib, xatirələrini bölüşüblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qol imkanlarından yararlana bilmədik – Qurban Qurbanov

Next Post

Paşinyan Laçındakı ermənilərin təxliyəsini təxirə salmağa söz verib

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Paşinyan Laçındakı ermənilərin təxliyəsini təxirə salmağa söz verib

Paşinyan Laçındakı ermənilərin təxliyəsini təxirə salmağa söz verib

Zelenski: “Bu gün əziyyət çəkirik”

Zelenski: “Bu gün əziyyət çəkirik”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.