"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusların Azərbaycana axını – Tələbat 100 faiz artıb

18 Avqust 2022 - 14:14
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya Turizm Operatorları Assosiasiyasının (RTOA) məlumatına görə, rusiyalıların yayda Azərbaycanda mütəşəkkil şəkildə istirahət etməyə tələbatı keçən il üçün müvafiq göstəricilərlə müqayisədə 50-100 faiz artıb.

Elchi.az AzərTAC-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İdarəsinin məlumatına görə, 2022-ci ilin birinci yarısında Rusiyadan Azərbaycana 120.981 turist səfər edib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 70 faiz çox, lakin eyni zamanda pandemiyadan əvvəlki – 2019-cu ilin birinci yarısına aid göstəricilərdən demək olar ki, 3 dəfə azdır (həmin müddətdə Azərbaycan Rusiyadan 352.836 turist qəbul edib).

Müxtəlif turizm operatorlarında yay mövsümünün yekunlarına əsasən ayrı-ayrı istiqamətlər üzrə tələbat 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1,5-2 dəfə artıb. Turizm bazarında elə şirkətlər var ki, orada Azərbaycana tələbat hətta pandemiyadan əvvəlki dövrün göstəricilərindən də yüksək olub.

Tələbatın artması həm Rusiyadan Azərbaycana birbaşa aviareyslərin bərpa edilməsi, həm də turistlərin bir qisminin postsovet ölkələrinə marağının artması ilə bağlıdır.

“Space Travel” şirkətindən bildiriblər ki, ən azı son iki ildə Bakıya ekskursiya turlarının və qısamüddətli siti-turların sayında sabit artım müşahidə olunur. Bu il şirkətin müştərilərinin tələbatı 50 faiz artıb. Şirkətdə bu məlumatı dəqiqləşdirərək deyiblər: “Yayın əvvəlində Bakıda keçirilmiş Formula 1 yarışları mərhələsində Azərbaycana tələbatın kəskin artması qeydə alınıb”.

“PEGAS Touristik” şirkətində yay mövsümümün yekunlarına əsasən Azərbaycan istiqamətində səfərlərin sayının ən azı iki dəfə artması qeydə alınıb. Bu tur-operator Azərbaycan otellərinin bir neçəsi ilə sərfəli kontraktlar bağlayıb.

“Coral Travel” şirkətinin daxili turizm bölməsinin satış üzrə rəhbəri Larisa Kiselyovanın sözlərinə görə, yay mövsümündə Azərbaycana qastronomik və ekskursiya turları daha populyar olub. Turistlər ya mütəşəkkil proqramlar seçir, ya da ölkəmizi müstəqil şəkildə gəzib baxmaq üçün Bakıda otelləri bronlayırlar.

“PEGAS Touristik” şirkətinin müştəriləri əsasən Bakı otellərini seçirlər, çünki burada həm xidmətlərə, həm də 4 və 5 ulduzlu keyfiyyətli otellər üçün paket turlarına tələbat yüksəkdir.

“Space Travel” şirkətində isə yay mövsümündə tələbat Xəzərin əsasən 5 ulduz kateqoriyalı çimərlik və otellərinin xeyrinə dəyişib.

“PAC Group” və “Russkiy Ekspress” şirkətlərinin məlumatına görə, onların müştəriləri çimərlik, ekskursiya və qastronomik istirahətlə yanaşı, həm də sağlamlaşdırıcı, o cümlədən populyar Naftalan kurortunda dincəlmək variantını seçir, yüksək kateqoriyalı otellərə üstünlük verirlər.

“Russkiy Ekspress” şirkətlərində deyiblər: “Azərbaycanda bronlanan otellərin 80 faizdən çoxu 5 ulduzlu otellərin payına düşür”.

“PAC Group” şirkətində isə hesab edirlər ki, indi Azərbaycana uçmağın əsl vaxtıdır. Ölkədə muzeylərə biletlər, kafelərdə xidmət çox ucuzdur, yaxşı 5 ulduzlu otellər var.

Tur-operatorlar Azərbaycan istiqamətində payız-qış mövsümündən də yaxşı nəticələr gözləyir və hesab edirlər ki, Azərbaycanın qış kurortlarına tələbat artacaqdır. Sorğuda iştirak etmiş şirkətlərin hamısı turistlər üçün dağ-xizək marşrutları ilə bağlı təkliflər hazırlayır.

Azərbaycanın dağ-xizək kurortları bilavasitə traslarda yerləşən keyfiyyətli otellərlə fərqlənir. Bu kurortların əksəriyyəti yüksək dağlıq zonada yerləşir və bu fakt tamdəyərli qış istirahətinin rəhni ola bilər. Ekspertlər bildirilər ki, bu traslar həm təcrübəli, həm də yeni başlayan dağ xizəkçiləri üçün, eləcə də uşaqlı ailələrin istirahəti üçün münasibdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tokayevin Bakıya gələcəyi vaxt məlum oldu

Next Post

İrana qaçmaq istəyən Mehdi Mücahid öldürüldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İrana qaçmaq istəyən Mehdi Mücahid öldürüldü

İrana qaçmaq istəyən Mehdi Mücahid öldürüldü

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Zaur Mirzəyev saxlanıldı - Təcili

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.