Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə A, B, C və D qrupunun görüşləri baş tutub.

İlk qarşılaşma Sankt-Peterburqda keçirilib. “Zenit” “Benfika”nı qəbul edib. Oyunun taleyini 1 qol həll edib ki, buna da Rusiya klubu imza atıb – 1:0.
Bu oyunların ən maraqlısı Belçikada reallaşıb. Burada növbəti mərhələdən əlini üzən, yalnız ümidini Avropa Liqasına bağlayan “Qalatasaray” “Anderlext”lə üz-üzə gəlib. “Cim-Bom” yenə azarkeşlərini üzüb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyirinə tamamlanıb.
Qeyd edək ki, daha əvvəl 1/8 final mərhələsinə vəsiqə qazanan 7 komandanın – “Bavariya” (Almaniya), “Porto” (Portuqaliya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Real” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) və “Şaxtyor”un (Ukrayna) ardınca “Atletiko” və “Arsenal” da onların sıralarına qoşulub.
Çempionlar Liqası
V tur
26 noyabr
A qrupu
“Malmö” – “Yuventus” – 0:2
“Atletiko” – “Olimpiakos” – 4:0
B qrupu
“Bazel” – “Real” – 0:1
“Ludoqorets” – “Liverpul” – 2:2
C qrupu
“Zenit” – “Benfika” – 1:0
“Bayer” – “Monako” – 0:1
D qrupu
“Anderlext” – “Qalatasaray” – 2:0
“Arsenal” – “Borussiya” – 2:0



