"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Leyla Əliyeva: “Mən xəyalən onunla məsləhətləşirəm”

20 Avqust 2022 - 18:48
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Həyat, insanlar, duyğular – bütün bunlar mənə ilham verir. Mənə elə gəlir ki, şeirlər mənə Allahdan gəlir, sətirləri eşidirəm. Bir neçə dəqiqəyə şeir yaza bilərəm, bəzən hətta yuxuda da, sonra yeni qafiyələr gəlir…”.

Elchi.az-ın məlumatına görə, bunu “Nargis Magazine” jurnalına müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyeva yaradıcılığından danışarkən deyib.

“Yaradıcılıq bacarığı – Uca Yaradanın bizə, övladlarımıza verdiyi böyük bir töhfədir, bizə bəxş edilmişdir. Yəqin ki, yüksək texnologiyalar sayəsində insanların yaradıcılığa daha çox vaxt ayıracağı xoşbəxt zamanları görəcəyik və gözəl rəsmlər çəkmək, möhtəşəm şeirlər, zərif musiqi yaratmaq insanın ən əhəmiyyətli bacarığına çevriləcək. Ümumiyyətlə, uşaq böyütmək və dadlı yemək bişirmək, ürəkdən işləmək, yaşamaq və gözəlliyi qiymətləndirmək – bunların hamısı yaradıcılıqdır. Belə deyərdim: yaradıcılıq ürəkdən gələn və bizə sevinc verən bir şeydir!”, – L.Əliyeva bildirib

İctimai fəaliyyəti barədə sualı cavablandıran Leyla xanımın sözlərinə görə, hər bir kəs üçün həyatda əsas insanlar onun valideynləridir:

“Mən də istisna deyiləm. Çalışqanlığı və müdrikliyi sevimli babam Heydərdən öyrənmişəm. O, əbədi olaraq mənim əsas məsləhətçim və etibarlı yol göstərənim olaraq qalacaq. Elə indinin özündə də, mən xəyalən onunla məsləhətləşirəm və mənə nə deyəcəyini, məni necə dəstəklədiyini, nədən qoruyacağını anlamağa çalışıram… Əlbəttə ki, atam və anam mənə çox böyük təsir ediblər. Sənətə, yaradıcılığa sevgi – anamdan mənə keçib”.

L.Əliyeva gələcək planlar barədə sualı belə cavablandırıb:

“Çox vaxt elə olur ki, nəyisə planlaşdırmağa vaxtın yoxdur, amma planlar özü səni tapır. Buna görə hələ ki ən vacib planım səhər oyanmaq və yeni gündən zövq almaqdır. Bir də biz sağlam həyat tərzi üçün bir kampaniya başlatmaq istəyirik. Sağlamlıq paylaşılmayan yeganə şeydir, ona qayğı göstərmək və onu qorumaq lazımdır. Sağlam olduğumuz zaman ilham və iş özü bizə gəlir!”.

Prezidentin qızı təbiətə qayğıdan da danışıb:

“Dünyanı dəyişə bilməsək də, özümüzü dəyişə bilərik. İnsan təbiətin bir hissəsidir, təbiəti qorumaq – özümüzü, uşaqlarımızı, gələcəyimizi qorumaq deməkdir. Yaxşıya doğru dəyişərək biz dünyanı yaxşılığa doğru dəyişmiş oluruq”.

“Yaradıcılığa nə qədər vaxt sərf edirsiniz” sualını cavablandıran L.Əliyeva deyib:

“Mən yaradıcılığa daha çox vaxt ayırmaq istərdim. Ancaq bir o qədər də vacib olan digər işlərə də vaxt ayırmalıyam. Xeyirxah işlərimizdə, başqalarına kömək etməyimizdən, dualarda, təbiətlə vəhdətdə ilham tapıram. Həyatın hər saniyəsi yaradıcılıqdır. Buna görə deyə bilərəm ki, bir tərəfdən yaradıcılıq üçün vaxt çox azdır, digər tərəfdən isə bütün həyat yaradıcılıqdır!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hökməlidə obyekt yanır

Next Post

“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı

“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı

Makron Əlcəzairə gedir – Qaz məsələsi gündəmdədir

Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.