"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İndi nə Şirməmməd Hüseynov var, nə də o vaxtkı katiblər, “rayispolkom”lar və “damkom”lar…-Aydın Canıyev yazır

22 Avqust 2022 - 10:15
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Dünən sayın millət vəkili Fazil Mustafa Şəkidə Mirzə Fətəli Axundovun ev-muzeyini ziyarət etməsini paylaşmışdı şəkillərlə və… iki gün qabaq elə mən də Şəkidə olduğumdan, Mirzə Fətəli və ev-muzeyi ilə bağlı söhbətlər etdiyimdən, bir yarpaq da öz payıma təqdim etmək istədim.

Deməli:

Şirməmməd Hüseynov (əlbəttə ki tanıdınız hansı nəhəng kişi, böyük pedaqoqu deyirəm) Şəkidə olanda Mirzə Fətəlinin ev-muzeyinə gedir, görür ki, ortalıqda ləyənlər düzülüb, səbəbini soruşur, deyirlər damı damır.
Şirməmməd müəllim əvvəl “damkom”un (indiki MİS-in sahə, ya da ərazi müdiri) evinə gedir, “damkom”un arvadı çıxır səsə, “xoşgəldin” edir, evə dəvət edəndə Şirməmməd müəllim deyir ki:

  • Yox, gedirəm, de görüm eviniz damır?
  • Arvad da təəccüblə deyir ki, yox, niyə belə fikirləşirsiniz ki? Onda müəllim də cavab verir:
  • Hə də, “Mengistu Hayle Mariam” “damkom”dur, evi niyə damsın ki? Gələndə ərinə deyərsən ki, Mirzə Fətəlinin evi damır!

… Eyni formada “rayispolkom”un evinə gedir. Orda da “rayispolkom”un arvadı qarşılayır.
Eyni sual, eyni cavab:

  • Hə də, “Joze Eduardu duş Santuş” “rayispolkom”dur, evi niyə damsın ki? Ərin gələndə deyərsən Mirzə Fətəlinin evi damır!.

  • … Ardınca raykomun birinci katibinin evinə gedir, yenə də arvad qarşılayır, yenə də eyni sual, eyni cavab:
  • Hə də, “Əhməd Benbəlla” raykomdur, evi niyə damsın ki? Evə gələndə ərinə deyərsən Mirzə Fətəlinin evi damır!
    Səhər “raykom”, “rayispolkom”, “damkom” iclas çağırırlar, bir həftəyə ev-muzeyinin damı sökülür, təzədən örtük çəkilir. (adları elə deməyib müəllim, mən elə yazdım)

… Şirməmməd Hüseynovu bir daha sevərək yad etdim. Eləcə də, Şəkinin ovaxtkı raykomunu, “rayispolkom”unu və “damkom”unu da!


İndi nə Şirməmməd müəllim var, nə ovaxtkı katiblər kimi katiblər, “rayispolkom” kimi “rayispolkom”lar, nə də hətta “damkom”lar kimi “damkom”lar!
İndi… Zeynal Nağdəliyevlər var, Taleh Qaraşovlar var… baxmayaraq ki, Şəkidə Marxal ola-ola, oranı qoyub, o istidə Mirzənin evini ziyarət edən deputat Fazil Mustafa da var!
Belə…
Sabahınız xeyir olsun: ətrafda nakişiləri gördükcə pis olub onlara oxşamayaın, çünki onlardan əvvəl yaxşı kişilər vardı, siz də onları tanıyırdınız, onlara oxşayın. Kişi olmaq çətin deyil, çətini nakişi olmaqdır! Ki… sonra kişi olmağa qayıtmaq olmur. Kişi kimi yaşamaq lazımdır ki, hər zaman nakişi olmaq şansınız qalsın – əgər ürəyinizdə elə “təşnəlik” varsa!
Deyilmi?

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elşən Zeynalova general-mayor rütbəsi verildi

Next Post

40 minə yaxın abituriyent ixtisas seçimi edib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rezidenturaya qəbulun nəticələri açıqlanıb

40 minə yaxın abituriyent ixtisas seçimi edib

Rusiyanın 11 aeroportunda uçuşlara qadağa rejimi yenidən uzadılıb

Rusiyanın 11 aeroportunda uçuşlara qadağa rejimi yenidən uzadılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.