WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş 12 raund davam edib.
Usik hakimlərin qərarına əsasən qalib elan olunub.
Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb.
Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub etmişdi.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




