Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Haseke rayonunda PKK-nın yüksək səviyyəli idarəçisini zərərsizləşdirib.
Əməliyyat nəticəsində PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gülo məhv edilib.
Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.
Kod adı “Hebat Derik” olan Gülonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





