“Özünü “Национальная Республиканская Армия” (Milli Respublika Ordusu) adlandıran təşkilat bəyanat yayaraq Daryanın qətlini üzərinə götürüb. Mətni oxuyanda onu dərhal hansısa liberalın yazdığı məlum olur. Elə bil Əli Kərimli diktə edib, kimsə yazıb. Eyni ritorikadır.
Eyni şüarlar, eyni tezislərdir. Guya bunlar Rusiya xalqlarını əzənlərə, müharibəni qızışdıranlara, soyğunçulara qarşı mübarizə aparırlar”.

Bu sözləri Elchi.az-a açıqlamasında tərcüməçi-yazar Nadir Qocabəyli deyib.
O, qeyd edib ki, Putini uzurpatorluqda, yəni hakimiyyəti zorla ələ keçirməkdə suçlayır, onu və bütün komandasını qanundan kənar elan edirlər:
“Onların fikrincə, Putin slavyan xalqları arasına qırğın salan, rus əsgərlərini mənasız ölümə göndərən hərbi canidir.
Onlar da Əli Kərimli kimi guya yoxsulluğa, korrupsiyaya, ədalətsizliyə qarşı mübarizə aparırlar, hesab edirlər ki, insanlar səs hüququndan məhrum edilibsə, daha sərt addımlar atmağa haqları var. Yəni zora və terrora.
Onlar Putini məhv etməklə hədələyir, bununla guya Rusiyanı və onun qonşularını Kremlin siyasətbazlarından xilas etmək istəyirlər.
Görürsünüzmü, necə oxşar tezislərdir. Eyni şeyləri Qərb, Amerika siyasətçiləri, təbliğatçıları, onların ruporları, bütün ölkələrdə saxladıqları və yemlədikləri partiyalar, analkitiklər də söyləyirlər.
Xatırlatmaq istərdim ki, Aleksandr Duqin Rusiyanı və rus xalqını məhz Kremldə oturan və Putini əhatə edən liberalların taladığını vurğulayır, onların təmizlənməsini tələb edirdi. Bu təmizləmə artıq başlamışdı da. Çubays və May kimi soyğunçular artıq vəzifələrindən uzaqlaşdırılırdılar. Ukraynadakı xüsusi əməliyyata gəldikdə isə, bu Ukraynanın Rusiyaya və bütün dünyaya təhlükə törədən liberal nasistlərdən təmizlənməsi əməliyyatıdır. Rus xalqının böyük əksəriyyəti və Qərbin ekspansiyası nəticəsində əzilən digər xalqlar da Putini dəstəkləyir”.
N.Qocabəylinin sözlərinə görə, uduzduğunu görən kollektiv Qərb artıq terrora keçib:
“Onlar Duqini və ya onun qızı Daryanı terror etməklə Putini ideoloji dayaqlardan məhrum etmək, Rusiya cəmiyyətində xof yaratmaq, kənardan edə bilmədiuklərini içəridə etmək istəyirlər.
Bu bəyənatdan açıq-aydın görünür ki, onun müəllifləri məhz Qərbdən qızışdırılır, öyrədilir və yönləndirilirlər. Bizim liberalların bu terrora və bu cür bəyanatlara haqq qazandırması da təsadüfi deyil. Komanda eyni yerdən verilir. Maliyyə də eyni yerdən buraxılır.
İlk hədəf olara Duqinin seçilməsi də məqsədlidir. Çünki dünyada və Rusiyada liberalizmə, liberal fırıldaqçılara qarşı ən barışmaz mövqedə o dayanır. Liberallar Duqindən qisas aldılar. Bəlkə də, özünü aradan götürmək istəyirdilər, ancaq qisas da ala bilərlər.
Əminəm ki, terrorçular tezliklə tutulub cəzalarını alacaq, eyni zamanda təşkilatçıların adlarını, ünvanlarını da dəqiq göstərəcəklər”.
Şayəstə




