"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Aparıcı ölkələrdə də qiymət artımı davam edir”-DEPUTAT

22 Avqust 2022 - 12:09
in Cebhe-banner, MANŞET

“Qlobal və yerli bazarlarda müşahidə olunan inflyasiya xüsusən ərzaq məhsullarının idxalının minimumlaşdırılması və istehlakın daha çox yerli istehsal hesabına ödənilməsini prioritetləşdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında istehlak bazarında qiymətlər 13.0 faiz artıb. Bununla yanaşı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faizlik inflyasiya qeyd alınıb. Rəsmi statistika da göstərir ki, ərzaq məhsullarının qiyməti ümumi inflyasiya səviyyəsinə nisbətən daha çox yüksəlib”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bu barədə Elchi.az-a iqtisadçı, millət vəkili Vüqar Bayramov açıqlama verib.

Deputat vurğulayıb ki, 2022-ci ilin geridə qalan aylarında qlobal bazarlarda da yüksək inflyasiya müşahidə olunub:

“Avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 % olub. Bir ay öncə bu rəqəm 8.1 %, otən il isə cəmi 1.9 % idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 % ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8 %, ötən il isə cəmi 2.2 % idi. ABŞ-da həmin dövr üçün inflyasiya dərəcəsi 9.1 % olub və bu da son 40 ilin ən yüksək qiymət artımları səviyyəsidir”.

V.Bayramov qeyd edib ki, aparıcı ölkələrdə də qiymət artımları davam edir və bu isə o deməkdir ki, qlobal bazarda qiymət artdıqca Azərbaycan üçün də idxal inflyasiyası qaçılmaz olacaq:

“Bu kontekstdən, inflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdadır. Yalnız yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar. Ərzaq məhsullarının istehsalının genişləndirilməsi üçün xüsusən rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları artırılmasına ehtiyac var. Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılır. Bununla yanaşı, bu istiqamətə daha çox vəsaitin yönəldilməsi və eləcə də bank kreditlərinə çıxış imkanlarının artırılması üçün regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir.
Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyluşunun 77 faizindən çox yalnız Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Bu isə ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən və xüsusən ərzaq məhsulları istehsal edən sahibkarlar üçün daha əlçatan mexanizmlərin tətbiqinə ehtiyac var.
Beynəlxalq maliyyə qurumlarının gözləntilərinə görə, qlobal istehlak bazarındakı disbalans növbəti illərdə də davam edəcək. Bu isə, milli dövlətlər üçün yerli istehsal hesabına ərzaq təminatı məsələsini daha prioritetləşdirir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbçilərimiz İranda növbəti tapşırıqları icra etdi

Next Post

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artır

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artır

Laçında 2 hərbçimiz minaya düşüb

Laçında 2 hərbçimiz minaya düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.