Avqustun 24-də Rusiyanın Ukraynaya hücumunun 6 ayı tamam olacaq.
Elchi.az “Ntv.com.tr”-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqı diqqətli olmağa çağırıb.
Zelenski həmçinin xatırladıb ki, avqustun 24-ü Ukraynanın Sovet İttifaqından ayrılmasının 31-ci ildönümüdür:
“Bu yaxınlarda Rusiya yeni bir hücuma cəhd edə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla dünya liderləri ilə danışdığım zaman onlara da Rusiyanın bu həftə üçün fərqli planlarının ola biləcəyini söyləmişəm”.
Ukrayna lideri həmçinin bəyan edib ki, Rusiya Mariupolda əsir götürülmüş ukraynalı əsgərlər üçün məhkəmə prosesi keçirib:
“Bu dinləmələr baş tutsa, Ukrayna heç bir danışıqlarda iştirak etməyəcək. Ukraynanın Müstəqillik Gününə hazırlaşdığı bir vaxtda ölkənin şərqində və cənubunda Rusiyanın hücumları davam edir”.
Yeganə





