"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Afrika uğrunda mübarizə davam edir

22 Avqust 2022 - 13:37
in DÜNYA, MÖVQE, SİYASƏT

“ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Afrika ölkələrinə səfəri Qərb mətbuatının diqqət mərkəzindədir. Blinkendən əvvəl Afrika ölkələrinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa prezidenti Emmanuel Makron səfər etmişdilər. Afrikada daha iki oyunçu var – Çin və Türkiyə”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bu barədə Elchi.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloq qeyd edib ki, Vaşinqtonun məqsədi Rusiya və Çinin Afrika qitəsinə artan təsirinin qarşısını almaqdır:

“Fransa və Türkiyə də qitədə fəaldırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan il ərzində Afrika ölkələrinə gedərək ikili əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları artıb. Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Vaşinqtonu Fransa və Türkiyənin Afrikada fəallığı narahat etmir. Vaşinqton üçün əsas təhlükə Rusiya və Çinin Afrikadakı fəallıqlarıyla bağlıdır”.

Vaşinqtonun məqsədinə çatacağının çətin olduğunu vurğulayan E.Şahinoğlu bildirib ki, Rusiya və Çin Afrika ölkələrində həm yatırımlarını, həm də ortaq şirkətlərin sayını artırıblar:

“Moskva və Pekinin Afrika ölkələrinin siyasi sistemi, demokratiya və insan hüquqları pozuntuları narahat etmir. Vaşinqton üçün isə bu qırmızı xətdir. Bu qırmızı xəttin varlığı ABŞ-ın Afrikanın bir çox ölkəsinə yatırım qoymasını əngəlləyir. Bu isə Rusiya və Çin üçün boşluqlar yaradır ki, Moskva və Pekin bundan istifadə edirlər. Çinin dövlət və özəl şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı zənginliklərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu Afrika ölkələrinin də maraqlarına cavab verir. Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsinin siyası hədəfləri də var. Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi Birləşmiş Millətlər Təşkilatındakı səsvermələrdə Çinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Bu amil də Vaşinqtonu ciddi narahat edir.
Vaşinqtonun Afrika ölkələri içərisində əsas tərəfdaşı Cənubi Afrika Respublikası (CAR) sayılır. CAR-da liberal institutlar, azad rəqabətə istinad edən bazar iqtisadiyyatı mövcuddur. Ancaq hətta CAR belə ABŞ-la yanaşı Rusiya və Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Təsadüfi deyil ki, CAR Rusiya və Çinlə birgə BRİKS təşkilatının üzvüdür. Buna görədir ki, CAR Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz etməyib. CAR neytral mövqedən çıxış edir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Özbəkistan prezidentinə zəng etdi

Next Post

Bu, doğrudan da böyük nailiyyətdir – İlham Əliyev

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Bu, doğrudan da böyük nailiyyətdir – İlham Əliyev

Bu, doğrudan da böyük nailiyyətdir – İlham Əliyev

Prezident: Artıq hazırlığa başlamaq lazımdır

Prezident: Artıq hazırlığa başlamaq lazımdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.