Rusiya kosmosun öyrənilməsində maliyyə problemi ilə üzləşib. Elchi.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Raket-Kosmik Birləşmiş Şirkəti prezidentinin
müavini Vitali Lopot deyib ki, Rusiya imkansızlıq ucbatından Aya kosmonavt yollaya bilmir.
“Marsa isə yaxın on illər boyu uçuş təşkil edə bilməyəycəyik”-deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, Aya uçuş üçün 3 nəfərlik ekipaja 130-150 ton yukqaldırma qabiliyyəti olan daşıyıcı raket lazımdır: “Təəssüf ki bizim belə qurğumuz yoxdur. Mövcud daşıyıcılarımız isə bu imkan malik deyillər” .



