Jurnalistləri Müdafiə Komitəsi Mətbuat Azadlığı Mükafatını 4 qalibə təqdim edib.
Elchi.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, noyabrın 25-də Nyu -Yorkda keçirilən tədbirdə mükafatlar Rusiyanın “Dojd” televiziyasının baş redaktoru Mixail Zuqara, İranın İRNA agentliyinin keçmiş redaktoru və reportyoru Siyamək Heydəriyə, Myanmardan (Burmadan) Aung Zaw-ya və Cənubi Afrikadan Ferial HaffaJeeyə verilib.
Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, Zugarın başçılığı ilə “Dojd” televiziyası Kremlin nəzarət etdiyi televiziyalara alternativ məlumat verir, müxalifət səslərinə platforma təqdim edir.
Heydəri isə 2007-ci ildə İranın o vaxtki prezidenti Mahmud Əhmədinejadın “ İranda homoseksuallar yoxdur” fikrini təkzib edərərk, İslam Respublikasının bir neçə belə vətəndaşından müsahibə gğtürmüşdü.



