"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bahalaşmanın real səviyyəsi açıqlanan rəqəmlərdən fərqlənir”-Partiya sədri

23 Avqust 2022 - 23:12
in CƏMİYYƏT

“İstehlak bazarındakı bahalaşma elə bir sürət götürüb ki, Azərbaycanda normal yaşamaq hər gün daha da mümkünsüz hala çevrilməkdədir. Xüsusilə gündəlik tələbat mallarının qiymətlərinin, az qalsın həftəlik planla dəyişməsi vəziyyəti dözülməz edib. Marketlər, bazarlar bahalaşmadan od tutub yanır”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yüksəliş Partiyasının Başqanı (AYP) Anar Əsədli Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, ölkə sanki daha çox, son illər qlobal iqtisadiyyatın sağalmaz yarasına çevrilən idxal inflyasiyasının girovuna çevrilib.

Bununla belə, Azərbaycanda istehsal xərclərinin artması da yerli məhsulların bahalaşmasında əsas rol oynayır. Ötən ildən bu yana tənzimlənən məhsulların – yanacağın və suyun, təbii qazın qiymətlərinin artırılması da istehsalın maya dəyərini yüksəldib. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur.
Rəsmi rəqəmlərə inansaq, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 12,9% təşkil edib, o cümlədən hökumət iddia edir ki, qida məhsulları üzrə qiymət indeksi 20%-dək artıb. Dövlət Statistika Komitəsi iyun ayında Azərbaycanda 0,1 faizlik deflyasiya qeydə alındığını açıqlayıb. Komitənin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 12,9 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,4 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,3 faiz bahalaşıb. Məlumatda qeyd olunur ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz təşkil edib”.

A.Əsədlinin sözlərinə görə, iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə ərzaq məhsulları 21,3 faiz, qeyri-ərzaq məhsulları 7,4 faiz, ödənişli xidmətlər 10,9 faiz bahalaşıb:

“Ötən ayda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub.
Bununla belə, bahalaşma dalğası qeyd olunan rəqəmləri getdikcə şişirdir ki, bu da ümumi inflyasiya rəqəmini artırmaqda davam edir. Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən başlaması faktorudur. Bunlar rəsmi rəqəmlərdir. Halbuki minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə qiymətlərin real artım səviyyəsi belə deməyə əsas vermir. Apardığımız müşahidələr əsasında deyə bilərik ki, ilin ilk 8 ayının nəticəsinə görə, ölkədə ümumi planda qida və ərzaq məhsulları üzrə real istehlak qiymətləri indeksi rəsmi rəqəmlərdən üç-dörd dəfə çoxdur. Payız-qış mövsümünə doğru tələbatın daha da artacağını nəzərə alsaq, bu rəqəmlərin böyüyəcəyi istisna edilmir”.

Partiya sədri vurğulayıb ki, ölkədə inflyasiya və bahalaşmanın real səviyyəsi açıqlanan rəsmi rəqəmlərdən cox fərqlənir:

“Bunu hər on beş gündən bir alış-veriş mərkəzlərinə, marketlərə, bazara gedərək real müşahidələr aparmaqla da görmək mümkündür. Bəzi istisnaları çıxmaq şərtilə, qlobal iqtisadiyyatda yaşanan bir çox neqativ halları da nəzərə almaqla, bu gün ölkədaxili bazarda baş verənləri təbii bahalaşma da hesab etmək olar.

Hökumət bunun qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Hökumət təcili surətdə təxirəsalınmaz və preventiv addımlar atmasa, iqtisadi böhranın dərinləşməsi və əhalinin pul gəlirlərinin azalması fonunda ciddi sosial partlayışın baş vermə ehtimalı qaçılmaz olacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik

Next Post

Amerikalı milyarder vəfat etdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Amerikalı milyarder vəfat etdi

Amerikalı milyarder vəfat etdi

ARAŞDIRMA: Sahiblərinə qovuşan itlər sevincdən ağlaya bilər

ARAŞDIRMA: Sahiblərinə qovuşan itlər sevincdən ağlaya bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.