"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerika yeni müharibəyə hazırlaşır

24 Avqust 2022 - 10:31
in DÜNYA

“Amerika Birləşmiş Ştatları İkinci dünya müharibəsindən sonra müxtəlif müharibələrdə bu və ya digər şəkildə iştirak edib. Bu sırada 1953-cü ildə Koreya, 1970-ci illərdə Vyetnam, 2000-ci illərdə İraq, Əfqanıstan müharibələrində iştirakını göstərə bilərik. Siyahıya Amerikanın hərbi müdaxilələrini və hibrid müharibələrdə iştirakını da əlavə etmək mümkündür. Misal üçün Kreml hesab edir ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı hibrid müharibə aparır. ABŞ Suriya müharibəsində birbaşa iştirak etməsə də, terrorçi PKK və onun törəmələri vasitəsilə Əsəd rejiminə qarşı mübarizə aparır. ABŞ-ın 1980-ci illərdə kiçik Qrenada adasına desant çıxarmasını və Panada hakimiyyət dəyişikliyini də hərbi müdaxilə saymaq olar”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, hazırda Amerika üçün durum daha kritikdir:

“Amerika bir tərəfdən Ukraynada işğalçı müharibə aparan Rusiyaya, digər tərəfdən Tayvanı hərbi mühasirədə saxlayan və adanı ələ keçirməyə çalışan Çinə qarşı mübarizə aparmaq məcburiyyətindədir. Rusiya və Çin nə Qrenadadır, nə də Panama, hər ikisi nüvə silahına malik dövlətdir. Buna baxmayaraq, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində Rusiya və Çinlə birbaşa toqquşmanın analizləri aparılır. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” qəzetinə müsahibəsində ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik” – deyən Kissincer Vaşinqtonun ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib çıxardığını vurğulayıb.

Henri Kissincerin vəzifə başında olduğu illərdə başlıca məqsədi iki böyük kommunist ölkəsi – SSRİ ilə Çinin bir-birinə yaxınlaşmasının qarşısını almaq idi. Kissincer buna nail oldu. Vaşinqton Pekinlə yaxınlaşaraq Çinlə SSRİ-nin yaxınlaşmasına imkan vermədi. Ancaq sonrakı illərdə və SSRİ-nin dağılmasıyla Vaşinqton bu konsepsiyadan imtina etdi və bu gün Çin SSRİ-nin varisi Rusiya ilə strateji əlaqələr qurub”.

Analitik qeyd edib ki, Kremlin Ukraynada başlatdığı işğalçı müharibə fonunda Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinin həcmi artıb:

“Ötən il bu həcm 140 milyard dollar civarında idi. Bu ilin 7 ayında ticarət həcmi 100 milyarda yaxınlaşıb. Bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 29 fazi çoxdur. Kisincerin mübarizəsi məhz buna qarşı idi”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Next Post

Süleyman Soyludan Qarabağ açıqlaması

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Süleyman Soyludan Qarabağ açıqlaması

Süleyman Soyludan Qarabağ açıqlaması

Qasım-Jomart Tokayev Azərbaycana gəldi

Qasım-Jomart Tokayev Azərbaycana gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.