"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xüsusi nümayəndələrin gözlənilən görüşü: Ermənistanı qorxudan digər “sirr” – ŞƏRH

24 Avqust 2022 - 10:41
in Cebhe-banner, MANŞET, SİYASƏT

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin (Serdar Kılıç və Ruben Rubinyan) növbəti görüşünə hazırlıq gedir. Budəfəki danışıqlar Azərbaycan-Ermənistan sərhədində və Qarabağda baş verən son hadisələr (“Qisas” əməliyyatı) fonunda diqqət mərkəzinə gəlir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında yazıb.

Analitik vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması şərtlərini “Qisas” və sərhəddəki hərbi hərəkətlilikdən sonra yarana biləcək mənzərədə Ankaranın artan rolu fonunda İrəvana çatdıracaq:

“Ermənistan isə şərt irəli sürmək bacarıq və imkanından məhrumdur, ona görə də zəhmət çəkib Bakı-Ankara ikilisinin müştərək maraqlarının içərisində yer almalıdır və bu xətdən qopub fərqli cəbhəyə getməməlidir.

Azərbaycanla Türkiyənin Ermənistan qarşısındakı tələbləri konkretləşir və qoyduğu vaxt limiti daralır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Haber Global”a müsahibəsində səsləndirdiyi bəyanat limitə dair qavrayışların İrəvan tərəfindən məcburən qəbul edilmə şərtinə eyhamdır.

Çavuşoğlunun “Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir” deyə bildirməsi danışıqların mətləbini açır. Gümanla, Azərbaycan və Türkiyədə Ermənistanın sülh sahəsindən sürüşərək bir balaca başqa istiqamətə yön almasına dair informasiyalar mövcuddur”.

A.Kərimovun fikrincə, Ermənistanın yayındığı əsas məsələ Azərbaycanla sərhədlərin delimitasiyasındakı mövqeyi ilə əlaqəli ola bilər, bu isə özünün yedəyində Zəngəzur dəhlizinə dair İrəvanın qeyri-müəyyən mövqeyini doğurur:

“Azərbaycanla Türkiyə isə Ermənistanın yaxasından tutub yenidən öz yerinə qaytarılmasını təmin edəcək və diplomatik təmaslarda İrəvandan vaxta, qrafikə dair cədvəl almağa nail olacaqlar.

İrəvanı zəif bənd edən bir nöqtə də var, bu, Ermənistanda Azərbaycan və Türkiyənin ölkə içərisində fəaliyyət göstərə biləcəyi haqqında qorxulu təəssüratın tüğyan etməsidir.

Təbii ki, 10 Noyabr Bəyanatından sonra Ermənistanın hər addımı diqqətdə və nəzarətdədir, İrəvanın sülh meylindən yayınmamasına təsir etmək üçün böyük resurslar Azərbaycan və Türkiyənin aktivində mövcuddur.

Məğlubiyyət sindromu psixologiyasının hökm sürməsi səbəbilə İrəvandakı həyəcan təbii qarşılanmalıdır, bu həyəcanın erməni cəmiyyətini şoka salan həddi isə Azərbaycanın ordu gücü və onun Türkiyə ilə strateji müttəfiqliyidir.

Buna görə də illərdir türkə düşmən mövqe ilə qürrələnən düşüncənin altının üstünə çevrilərək onun qorxu ilə əvəzlənməsi başadüşüləndir.

Xüsusi nümayəndələrin danışıqlar stolu ətrafındakı müzakirələrində İrəvan erməni cəmiyyətini sakitləşdirmək üçün Ankaranın onu sıxma-boğmaya salmaması üçün xahişlər edəcək.

Ankara isə bu xahişləri Azərbaycana çatdıracaq, lakin Ermənistan həmin xahişləri yenidən vaxt qazanmaq üçün istifadə etsə, bunun cavabı ağır olacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN: Ötən sutka 106 yanğına çıxış olub

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Severodonetski buna görə tərk etdik – Qayday

Severodonetski buna görə tərk etdik – Qayday

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.