"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentlər Füzulidə tikiləcək mərkəzin layihəsi ilə tanış oldu – Yenilənib

24 Avqust 2022 - 17:15
in GÜNDƏM

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi.

Prezident Qasım-Jomart Tokayev: İlham Heydər oğlu, mən istərdim ki, bina tikənlərin ən böyüyü olmasa da, ən böyüklərindən birini – “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayevi təqdim edim. Məhz o, bizim tapşırığımızla bu çox mühüm layihəni icra edəcək.

Prezident İlham Əliyev: Sağ olun.

Aydın Raximbayev: Hörmətli İlham Heydər oğlu, hörmətli Kasım-Jomart Kemeleviç, icazə verin, layihəni Sizə təqdim edim. Bu layihəni – Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq – dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya…

Məlumat verildi ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Sonra layihə barədə videoçarx nümayiş etdirildi.

Prezident Qasım-Jomart Tokayev: İlham Heydər oğlu, əgər birdən hansısa iradlar yaranarsa…

Prezident İlham Əliyev: Heç bir irad ola bilməz. Təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz həqiqətən də uşaqların inkişafı üçün mərkəzdir.

Prezident Qasım-Jomart Tokayev: Söz verdi.

Prezident İlham Əliyev: Bəli.

Prezident Qasım-Jomart Tokayev: Vaxt və keyfiyyət.

Prezident İlham Əliyev: Xüsusən ona görə ki, indi Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq.

Aydın Raximbayev: Biz isə uşaqları orada qarşılamağa şad olacağıq.

Prezident İlham Əliyev: Bəli, sağ olun. Əlbəttə ki, ətrafdakı infrastrukturla bağlı bütün məsələləri biz paralel həll edəcəyik.

Prezident Qasım-Jomart Tokayev: Beləliklə, necə deyərlər, irəli.

Prezident İlham Əliyev: Sağ olun.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Son sutkada neçə nəfər koronaya yoluxub?

Next Post

“Mollabaşı Əfşar Süleymani Zəngəzur dəhlizi ilə bağlı qələt edib!”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
“Mollabaşı Əfşar Süleymani Zəngəzur dəhlizi ilə bağlı qələt edib!”

“Mollabaşı Əfşar Süleymani Zəngəzur dəhlizi ilə bağlı qələt edib!”

Prezident Mərkəzi Banka birinci müavin və müavin TƏYİN ETDİ

İlham Əliyev 3 fərman imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.