“Neft Daşlarında yaşayış binaları hələ də normal su ilə təchiz olunmur. (TOTAL şirkətinin işçiləri istisna olunmaqla)”.
Elchi.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı FB hesabında bildirib:
“İşçilər deyir ki, su fasilələrlə verilir, həm də çirklidir.(Sarımtıl rəngdə). Bununla əlaqadar həmin yataqxanalarda yaşayan neftçilərdən xahiş edirəm: Sahilə çıxanda hərəniz həmin sudan bir qab gətirib SOCAR vəzifəlilərinə çatdırılması üçün onların çoxsaylı köməkçilərinə təqdim edin. O sudan dadıb, ləzzətini onlar da duysunlar.
Qeyd: Düşünürəm ki, xahişimi yerinə yetirəcəksiniz. Buna görə heç kim sizi cəzalandıra bilməz”.
Yeganə




