"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paşinyan Putinə zəng etdi: Kim zəmanət verə bilər ki?..

25 Avqust 2022 - 11:12
in SİYASƏT

“Dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Məlumata görə telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. Liderlər Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb.
Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Regionda baş verən bir sıra hadisələrin, o cümlədən İrəvanın Qərbi meyilliliyi, Avrupa İttifaqının buradakı təsir gücünün artması, Paşinyanın sülhməramlılar haqqında səsləndirdiyi tənqidi fikirlər, ermənilərin Laçından çıxması və s. fonunda tərəflər arasında ən yüksək səviyyədə təmas gözlənilən idi. Sadaladığımız bütün məqamlar Kremli qıcıqlandırır. Bu mənada, yəqin ki, Rusiya Ermənistanı sıxışdırmağa çalışacaq”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, istisna deyil ki, dünənki telefon danışığında da Putin Paşinyana müəyyən xəbərdaqlırlar edib:

“Telefon danışığının ermənilərin Laçında çıxdığı, sülhməramlıların ərazidəki postları sökdüyü bir vaxtda baş tutmasını təsadüfi hesab etmirəm. Çox güman ki, Putinlə Paşinyan bu barədə də fikir mübadiləsi aparıblar.
Əvvəllər də dediyimiz kimi, Rusiya ermənilərin Laçından çıxmasını istəmir. Çünki bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində növbəti addım ola bilər. Amma indi ermənilərin ərazilərimizi tərk etməkdən başqa yolu yoxdur. Etiraf etməliyik ki, Ermənistan hakimiyyəti də bu məsələdə siyasi iradə göstərir. Çox güman, ermənilər avqustun sonuna kimi Laçından çıxacaqlar. Amma təxribatlar planlaşdırılması mümkündür. Hətta istisna deyil ki, ehtimal edilən provokasiyalar məhz Moskvanın iştirakı ilə baş tutacaq. Sözügedən telefon danışığı zamanı bu məsələ barədə fikir mübadiləsi aparılmadığına kimsə zəmanət verə bilməz.
Həmçinin Rusiya sülhməramlıların ərazidən çıxmasını da istəmir. Əksinə, rus hərbçilərinin Qarabağda qalmaq müddətinin uzadılması Kremlin strateji maraqlarına uyğundur. Moskva bunun üçün əlindən gələni etməyə hazırdır. Şübhəsiz ki, sülhməramlılar Qarabağdakı mövcudluğunu təmin edə bilən başlıca səbəb Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaranmaması, gərginliyin qalmasıdır. Deməli, təxribatların davam etməsi Rusiya üçün həyati əhəmiyyətlidir”.

K.Novruzov vurğulayıb ki, diqqətçəkən daha bir məqam ermənilərin Laçını tərk etməsi ilə əlaqədər olaraq bu günlərdə İrəvanda aksiyaların baş tutması idi:

“Həmin mitinqlərdə Rusiyanın və ya əlaltılarıın “əlinin” olması mümkündür. Əlbəttə, etirazlar bu və ya digər dərəcədə hakimiyyət üçün təhdiddir. Bu mitinqlər nəticəsində ən azından iqtidara etimad azala bilər. Bəlkə də, Rusiya əlaltıları vasitəsilə sadə xalqı ayağa qaldırmaqla Ermənistana xəbərdarlıq edir. Ola bilsin, telefon danışığı zamanı Putin bu barədə Paşinyana mövqeyini daha aydın çatdırıb. Bu baxımdan mitinqlərin növbəti günlərdə davam edib-etməməsi çox şeydən xəbər verə bilər.
Çox güman, Putinin Paşinyana təzyiqləri davam edəcək. Bu, yaxın gələcəkdə hansısa sabotaja səbəb ola bilər. Lakin rəsmi İrəvan başa düşməlidir ki, indi iradə göstərmək lazımdır. Əgər İrəvan indi Moskvaya qarşı müqavimət göstərə, manevr edə bilməsə, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilər”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Oğuzdakı meşə yanğını söndürüldü – Video

Next Post

Avropa İttifaqı müharibə yolundadır – Mariani

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Avropa İttifaqı müharibə yolundadır – Mariani

Avropa İttifaqı müharibə yolundadır - Mariani

Təhsil eksperti: “Bu durum təhsil işçiləri arasında sosial ədavət yaradacaq”

Təhsil eksperti: "Bu durum təhsil işçiləri arasında sosial ədavət yaradacaq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.