Avropa.info xəbər verir ki, bu qərar prezidentin Praqa radiosunda canlı efirdə vulqar ifadələr işlətməsindən sonra verilib.
Şuranın fikrinə görə prezident Çexiya radiosunun əxlaq kodeksini pozub.
Zeman Çexiyada Rusiya yönlü çıxışları ilə məşhurdur. O, efirdə vulqar ifadə işlətməklə yanaşı Vladimir Putinin fəaliyyətini də tərifləmişdi. Bu çıxışa görə Ukrayna Çexiyadakı səfirini geri çağırmışdı.




