“Dövlət katibi Entoni Blinkenin Filip Rikeri Minsk qrupunun həmsədri təyin etməsi, ABŞ-ın bir zamanlar Əfqanıstan üçün yarım milyard dollardan artıq məbləğə sahil mühafizə gəmiləri “alması” olayını yadıma saldı. Heç bir dənizi olmayan Əfqanıstana sözügedən gəmilər əslində alınmamışdı, onun üçün ayrılan pul mənimsənilmişdi”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında bildirib:
“Bəs Filip Riker hansı niyyətlə həmsədr təyin edilib, onu anlamadım. Axı Minsk qrupunun həmsədrlik institutu yoxdur, Ukrayna savaşında faciəsiz surətdə həlak olub.
Bəlkə, Blinken özünə yaxın diplomatlardan birinin tez-tez tur ataraq “beşulduzlu otellərdə qalması, əlavə xərc ödəmədən ayrıca yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşaması, ən yaxşı restoranlarda yemək yeməsi” üçün onu bu vəzifəyə təyin edib. Xatırladaq ki, 2017-ci ildə ABŞ-ı Minsk qrupunda həmsədr kimi təmsil etmiş Riçard Hoqland “The International Conflict Resolution Center” saytındakı bir məqaləsində əsas “fəaliyyət”lərinin məhz yuxarıda dırnaq arasında yazılanlardan ibarət olduğunu, münaqişənin həlli yolunda isə heç bir iş görmədiklərini bildirmişdi”.
Yeganə




