Xəbər verdiyimiz kimi, Xankəndidə güclü partlayış baş verib.
Erməni mediası partlayışın səbəbinin oksigen balonu olduğunu yazsa da, erməni Teleqram kanallarında sensasion detallar yayılıb.
Jurnalist Roman Baqdasaryan bildirib ki, partlayışın baş verdiyi ünvanda ötən il də eyni hadisə yaşanıb və o zaman olay sakinlərdən gizlədilib.
“Ötən il Qarabağ klanının nümayəndələri burada qumbaralar və digər oğurlanmış silahlar saxlayırdılar. Ehtimal ki, qumbaraların bir hissəsi hələ də orda gizlədilir. Dərzi sexi gizli silah saxlama yeridir? Bəlkə, yalan danışmağı dayandıraq?”, – deyə Roman Baqdasaryan bildirib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





