"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Daha bir regionda hərbiləşmə dərəcəsi artır: ABŞ aktivləri stratejidir, Rusiya isə üstünlüyə malikdir

25 Avqust 2022 - 19:24
in DÜNYA

“Arktika dairəsi ətrafına qaynar hərbi-siyasi nəfəslər daxil olur, Ukraynadakı münaqişə davam etdikcə, bu buzlu regionda da hərəkətlilik artır”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az-ın məlumatına görə bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Arktika dairəsinə ABŞ, Kanada, Rusiya, Danimarka, İsveç, Finlandiya, Norveç daxildir:

“Şimal qütbünün ətrafında yerləşən ölkələr Rusiyanın Ukraynadakı addımlarına cavab olaraq Moskva ilə əlaqələri kəsmək xəttinə üstünlük verdiklərindən Arktika regionundakı qarşılıqlı əməkdaşlıq münasibətlərində gərginlik çoxalır. Arktikada zəngin təbii resurslar var ki, onların bölüşdürülməsi ilə bağlı yeni yanaşmalar ABŞ-Rusiya mübarizəsinin qızğın fazada olduğu zamanlarda regionu hərbi təhdid altında saxlayır. Situasiya Arktika Şurasının da fəaliyyətini sarsıtmaqla, bu qurum daxilindəki idarəetmə mexanizmlərini sındırmaqla bölgə uğrundakı savaşın bütün parametrlərini tətikləyir. Bundan sonra Şuranın öz işinə qayıtmaq perspektivi üfüqlərdə görünmədiyindən istər-istəməz regionun taleyi qaranlıqlar içərisinə itələnir. Arktika regionuna daxil olmayan Böyük Britaniyanın bura ilə bağlı məxsusi siyasəti olduğundan bölgənin hərbiləşdirmə dərəcəsinin artması üçün tərəflərin əlinə fürsət düşür. Arktikadakı hərbi balans elə qurulmalıdır ki, bu, sülh və təhlükəsizlik üçün etibarlı platformaya çevrilsin, amma beynəlxalq siyasi sistemdəki kəskin qütbləşmə həmin formulu dağıdır.
Düzdür, hazırda Arktikada hərbi münaqişə ehtimalı yoxdur, amma Rusiyanın və ya ABŞ-Britaniya ikilisinin gözlənilməz davranışları bunun baş verib-verməyəcəyini sual altına qoyur. Arktikada NATO qüvvələri təlimlər keçirir, İsveç və Finlandiya da Alyansa üzv olacaqlarsa, Rusiya Arktikaya dair strateji konsepsiyasında barıt qoxusunu çoxaltmaq məcburiyyətində qalacaq”.

A.Kərimov qeyd edib ki, ABŞ Arktikada hərbi qarşıdurma arzulamır, elə Rusiya da, lakin ən çox təlaş keçirən Vaşinqtondur:

“Çünki ABŞ ordusunun Arktikadakı mövqeyi bir qədər əlverişsizdir və bu mənzərə Rusiyaya nisbi güc üstünlüyü verir. Rusiya Arktikada yerləşən hərbi qüvvələr balansında üst pillədədir, Qərb ideallarının strateji istiqamətlərini müəyyən edən Böyük Britaniya nisbəti dəyişməyə çalışsa da, bu, hələ mümkün olmayıb. Rusiyanın Arktikada kəşfiyyat stansiyaları, raketlərlə təchiz edilmiş bazaları və Alyaskanın 300 mil məsafəsi də daxil olmaqla geniş səpələnmiş radarları mövcuddur. Qərb hesablayır ki, Ukraynadakı münaqişə səbəbindən Rusiya Arktikadakı qüvvələrini məhdudlaşdıra bilər. Hərçənd ki, Qərbin bu arzusu hələ reallaşmayıb. ABŞ-ın da regionda aktivləri az deyil, lakin onların bir çoxu taktiki xarakterdən çox, strateji məzmun daşıyır, yəni qlobal müşahidə və güc amillərini proqnozlaşdırmaq üçün nəzərdə tutulub. Taktiki cəhətdən Rusiya qarşısındakı zəiflik ABŞ-ı narahat edir. ABŞ Arktikada Rusiyanı neytrallaşdırmaq əzmindədirsə, ən azından, regiondakı taktiki aktivlərini artırmalı, rabitə marşrutundakı “qırıq”ları təmir etdirməlidir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan İbrahim Tatlısəsə zəng etdi

Next Post

Əli Əsədov Belarusun baş naziri ilə görüşdü

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Əli Əsədov Belarusun baş naziri ilə görüşdü

Əli Əsədov Belarusun baş naziri ilə görüşdü

Zaxarovadan İRONİK açıqlama: “Oxu dirəyi ilə qarışdırdılar”

Zaxarovadan İRONİK açıqlama: "Oxu dirəyi ilə qarışdırdılar"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.