Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın sözlərinə ironik reaksiya verib.
Elchi.az “Vesti.ru”-ya istinadən bildirir ki, Zaxarova bu barədə “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, silahlı münaqişə başa çatdıqdan sonra Ukrayna sadəcə Avropa İttifaqının (Aİ) üzvü deyil, həmçinin Aİ-nin ətrafında yeni təhlükəsizlik sisteminin formalaşacağı “ox”a çevriləcək:
“Bu məqsədə çatmaq üçün Kiyev hakimiyyəti “mümkün və mümkün olmayan hər şeyi” edəcək. “Uşaqlar” oxu dirəyi ilə qarışdırdılar”.
Zaxarova Darya Duqinanın qətlinə Qərbin reaksiyasını sərt şəkildə şərh edib.
Yeganə





