"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məğlubiyyətin “hıçqırıqları”, yaxud Brüssel görüşündən gözləntilər

25 Avqust 2022 - 20:12
in GÜNDƏM

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi görüşün keçiriləcəyi gözlənilir. Ermənistan tərəfinin yaydığı məlumata görə, görüşün gündəliyində Brüsseldə daha öncə müzakirə olunmuş məsələlər dayanır.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az məlum görüş barədə siyasi şərhçi Elçin Mirzəbəylinin Feysbukda yazdığı fikirləri təqdim edir:

“Qeyd edim ki, sonuncu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bütün məsələlərin nəzərdən keçirildiyini açıqlamış və daha sonra təxminən aşağıdakılardan ibarət ümumi bir siyahı açıqlamışdı:

Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların azad edilməsi və itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi;

Sərhədin delimitasiyası və müvafiq komissiyaların iclasının keçirilməsi və sabit vəziyyətin təmin edilməsi;

Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsiplərinin, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydalarının tam razılaşdırılması;

Dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirənin davam etdirilməsi;

Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması;

İqtisadi Məşvərət Qrupunun işinin inkişaf etdirilməsi.

Üçüncü görüşdən keçən 3 aydan bir az artıq müddət ərzində humanitar məsələlərin həlli istiqamətində ciddi irəliləyişə nail olunmayıb. Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi mina xəritələrinin əhəmiyyətli hissəsinin saxta olduğu üzə çıxıb. Yəni minaların təmizlənməsi ilə bağlı məsələdə də konkret nəticə yoxdur. İtkin düşənlərin taleyinə də, məlum olduğu kimi aydınlıq gətiliməyib.
Sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların iclası keçirilsə də, məlum olduğu kimi hələlik hər hansı bir nəticəsinin əldə edilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Sərhəd bölgəsində isə sabitliyin tam təmin edilməsini söyləmək çox çətindir. Son 3 ay ərzində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə dəfə atəşə məruz qoyub və cavabını da artıqlaması ilə alıb.
Son günlər Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verilsə də, Ermənistan tərəfinin bu xüsusda üzərinə götürdüyü öhdəlikləri nə zaman yerinə yetirəcəyi bəlli deyil. Sopnuncu görüşdən sonra Ermənistan bir neçə sərhəd-keçid, gömrük məntəqəsinin yaradılması ilə bağlı müvafiq qərar qəbul edib, amma bu qərarın icrası ilə bağlı, hələlik mediaya ətraflı məlumat verilməyib.
Qarabağdakı etnik ermənilərin “hüquqları və təhlükəsizlikləri” məsələlərinə gəldikdə isə, “Qisas” əməliyyatından öncəki vəziyyət işğaldan azad etdiyimiz ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin və burada çalışan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin daha vacib olduğu reallığını ortaya qoyur.
Məhz bu baxımdan, üçüncü görüşün gündəliyində olan məsələlərin təkrar və daha detallı bir şəkildə müzakirəyə çıxarılacağı ehtimalı inandırıcı görünür”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Brüsseldəki görüşə əvvəlkindən daha böyük üstünlüklə gedir:

“Laçının mərkəzi, eləcə də ermənilərin qanunsuz məskunlaşdığı Zabux və Sus kəndləri nəzarətə götürülüb. “Laçın dəhlizi” və onun ifadə etdiyi anlam tamamilə dəyişib, indi ermənilər dəhlizdən deyil, sadəcə yoldan istifadə edəcəklər. Bunun isə siyasi, sosial-psixoloji, eləcə də hərbi əhəmiyyəti kifayət qədər böyükdür.
Azərbaycanın üstünlüyünü daha da artırdığını sübuta yetirən amillərdən biri də “Qisas” əməliyyatından sonra əldə edilən mövqelər, həmçinin Ordumuzun qələbəsi nəticəsində lokallaşdırılmış erməni separatizminə vurulan sarsıdıcı zərbədir.
Görüş öncəsi üstünlüyümüzü ifadə edən başqa bir məqam isə, şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla müttəfiq olan Qazaxıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində imzalanan sənədlərlə qarşılıqlı münasibətlərin ən yüksək səviyyəyə – strateji müttəfiqlik müstəvisinə daşınmasıdır. Bu xüsusda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Qazaxıstanın mənəvi paytaxtı Türkistanın qardaşlaşmasını, eləcə də Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə işğaldan azad etdiyimiz Füzulidə uşaqlar üçün inşa olunacaq Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatını da xüsusi qeyd etmək lazımdır.
Ola bilsin ki, Ermənistanın dövlət müstəqilliyi haqqında bəyannamənin 32-ci ildönümü ilə bağlı baş nazir Nikol Paşinyanın təbrikində yer alan bədbin notlar da öz hədəflərinə doğru addım-addım irəiləyən Azərbaycanın yaratdığı reallıqların bundan sonra daha da güclənəcəyi ehtimalı ilə bağlıdır.
Xatırladım ki, sözügedən müraciətdə Nikol Paşinyan Ermənistanın müstəqilliyinin qonşularla münasibətlərin tənzimlənməsindən asılı olduğunu bildirib. Sitat: “Müstəqillik qonşularla münasibətlərin tənzimlənməsidir. Baxmayaraq ki, bəzi qonşularımızla əla münasibətlərimiz var, bəziləriylə isə nəzərə çarpan irəliləyiş yoxdur. Ona görə ki, onlar bizdən həddən artıq çox şey istəyirlər, yaxud elə hesab edirlər ki, biz çox şey istəyirik.
…Müstəqillik bizim üçün həm də möhkəm müttəfiqlik münasibətləridir. Amma müttəfiqlər həmişə yalnız bizim üçün müttəfiq olmurlar, bizə qarşı olanlarla da müttəfiqlik edirlər”.
Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın müstəqil dövlət kimi mövcudluğunun qonşularla – ilk növbədə Azərbaycanla münasibətlərin tənzimlənməsindən asılı olduğunu dilə gətirir. Ermənistanda baş nazir Paşinyanın təbrik məktubunda yer alan bu fikirləri İrəvanın Bakının bütün şərtlərini istisnasız olaraq yerinə yetirəcəyinin anonsu kimi qoymətləndirirlər. Hər halda görüş öncəsi Ermənsitanda səhnələşdirilən “müqavimət” də məğlubiyyətin və çarəsizliyin, əsasən həzm olunduğunu nümayiş etdirir. Sərgilənən “tamaşalar” isə, ən yaxşı halda “həzmdən sonrakı hıçqırıqlar” kimi qəbul oluna bilər…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Next Post

Nazirlikdən vakant yerlərlə bağlı açıqlama

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Bu, AMEA-nın ləğvi demək deyil – Nazirlik

Nazirlikdən vakant yerlərlə bağlı açıqlama

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

XİN rəhbəri So Byoq Sunla görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.