"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Oqtay Əsədov kimə qəzəbləndi?..

28 Noyabr 2014 - 13:11
in SİYASƏT

Şəhid ailələri və qazilər parlament qarşısında toplaşdı, büdcə təsdiqləndioqtay_esedov_mg1574341

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun rəhbərliyi ilə öz işinə başlayıb. Parlamentin iclası gedərkən Qarabağ qaziləri və şəhid ailələrinin bir qrupu parlament qarşısında toplaşmışdı. Onlarla söhbətdən belə aydın oldu ki, keçən iclaslarda qaldırılan bir məsələnin, Qarabağ müharibəsi zamanı şəhid olanların 11 min manatlıq qanpulunun verilməməsinə etiraz olaraq gəliblər və hökumətin parlamentdə olmasından istifadə edib məsələnin həllini istəyirlər. Bu zaman əraziyə xeyli polis cəlb olunmuşdu; sonradan bir sıra deputatların, Aqil Abbas, Vahid Əhmədov və digərlərinin şikayətçiləri şəxsən dinləməsi nəticəsində hər hansı gərginlik yaşanmadı.
Spiker Oqtay Əsədov isə iclasda öncə Avropa Parlamentinin prezidenti Martin Şultsun Avroparlamentin 26 noyabrda Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərə reaksiya verdi.
Spiker dedi ki, Azərbaycanı haqsız yerə hədəf seçirlər. O. Əsədov qərəzli mövqe sahiblərinin siyasi mədəniyyətinin olmadığını vurğuladı: “Bunların başqa iş-gücləri yoxdur. Avropada 5-6 müsəlman ölkəsi var, ancaq onlarla məşğuldurlar. Cənab Şults deyir Azərbaycana qrup göndərmək istəmişik, amma razılıq verilməyib. Tam yalandır, nə Milli Məclisə, nə Azərbaycan hökumətinə müraciət olunmayıb. Biz necə münasibət görürük, elə də münasibət bəsləməliyik. Soyuq münasibətə soyuq münasibət olmalıdır. Azərbaycan toplantısı keçiririk, 35 deputatdan 2 nəfər gəlir”. O.Əsədov deputatları bütün bu qərəzli münasibəti nəzərə almağa çağırdı.
Daha sonra 2015-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinə baxıldı. Hökumətə ünvanlanan təkliflərlə bağlı öncə maliyyə naziri Samir Şərifov çıxış etdi. Nazir dedi ki, elm xərclərinin 8 milyon manat məbləğində artırılması 151,5 mln. manat təşkil edəcək, bu da cari illə müqayisədə 2,5 faiz çoxdur. Parlamentdəki siyasi partiyaların maliyyəsi ilə bağlı xahiş də nəzərə alınıb. S.Şərifov dedi ki, 2014-cü ildə 250 min manat obyektiv səbəbdən bölüşdürülməmiş qalıb. Ona görə də bu vəsaitin 2015-ci büdcə ilində istifadə edilməsi məqbuldur. Qanuna düzəliş etməklə siyasi partiyalara ayrılan vəsaitin tam məbləğdə siyasi partiyalar arasında bölüşdürülməsinə isə hökumətin razı olduğunu bildirdi. Hökumət 2015-ci ildə QHT-lərin xərclərinin daha 600 min manat artırılması təklifini də qəbul edib. Bələdiyyələrə dotasiyanın artırılması ilə bağlı təkliflərə də baxılıb. Amma S. Şərifov dedi ki, hökumət bələdiyyələr birbaşa maliyyə yardımı ayrılmalı deyil, amma bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlirləri artsın. Beləliklə, bələdiyyələr maliyyəni vətəndaşlardan alacaq. Bakıda hər kv.m. sahəyə görə 40, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə 30, digər rayonlarda 20 qəp, kəndlərdə isə 10 qəpik müəyyən olunub. Bu isə əmlak vergisi hesabına 40 milyon manat əlavə gəlir deməkdir ki, bu da əvvəlki illərin gəlirindən 30 milyon manat artıqdır. Hökumət Milli Məclisin xərcləri əlavə 450 min manat məbləğində vəsaitin artırılmasını məqsədəuyğun sayıb. Beləliklə, 2015-ci ildə Milli Məclisin xərcləri 23 mln. 807 min manata çatdırılacaq. Beləliklə, hökumət son variantı təqdim etdi. Büdcə layihəsinin əleyhinə 3, lehinə 93 nəfər səs verdi.
Bu arada O.Əsədov “Şults məni elə əsəbiləşdirmişdi ki, az qaldı protokolu pozum. Ona görə xahiş edirəm gündəliyi səsə qoyaq”, dedi və deputatlara müraciət etdi.
Gündəliyin müraciətindən sonra deputat Vahid Əhmədov iclas gedərkən Qarabağ əlilləri və şəhid ailələrinin bir qrupunun parlament binası qarşısında toplaşmasına diqqət çəkdi və ötən iclasda hökumətə etdiyi müraciəti xatırlatdı: “Qarabağ əlilləri ilə əlaqədar məsələni həll etmək lazımdır. Milli Məclisin burda günahı yoxdur axı. Konstitusiya Məhkəməsi səhv edibsə, bunun əziyyətini niyə Milli Məclis çəkməlidir? Xahiş edirəm bu məsələ həll olunsun. Əgər ehtiyac varsa, dövlət başçısı səviyyəsində məsələnin birdəfəlik həllini xahiş edirəm”.
Oqtay Əsədov dedi ki, bu məsələni maliyyə naziri həll etmir: “Bu məsələ həllini tapacaq. Xahiş edirəm bu məsələdən narahat olmayın”
Zahid Oruc sayğac quraşdırılması ilə bağlı problemlərdən danışdı.
Siyavuş Novruzov da Qarabağ əlilləri və şəhid ailələrinin parlament binası qarşısında toplaşmasına diqqət çəkdi: “Elə adamlar var ki, 21 ildir haqlarını ala bilmir. Qarabağ əlilləri indi də bəyan etdilər ki, torpaqların azadlığı uğrunda hər an savaşa qatılmağa hazırdır. Onlar hamısı prezidentin ətrafında sıx birləşib. Sizdən xahiş edək ki, qanunvericiliklə bu məsələni həll edək, o insanlar bir daha əziyyət çəkib gəlməsinlər”.
Milli Məclis Azərbaycan və Fransa dövlətləri arasında məxfi məlumatlarla əlaqədar əməkdaşlıq haqda ötən il imzalanan sazişi də təsdiqlədi.
Elşad PAŞASOY

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Rosneft”: Gələn il neftin qiyməti 60 dollardan aşağı düşə bilər

Next Post

İrəvanda siyasi fəalı döydülər

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İrəvanda siyasi fəalı döydülər

Sərkisyanın impiçmenti haqda layihədən: o, vəzifə səlahiyyətlərini aşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.