Avropa.info-nun erməni mətbuatına istinadən məlumatına görə, “Predparlament” təşkilatının üzvü Gevork Safaryana hücum edənlərin kimliyi bəlli deyil.
İctimai-siyasi fəala qəfil arxadan hücum edən şəxslər onun başına əşya ilə vurublar. Safaryan ona hücum edənlərin üzünü görmədiyini deyib. Başına dəyən zərbədən Safaryan huşunu itirib. Hazırda o, xəstəxanada müalicə olunur.




