"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xankəndi və Xocalıdakı ŞƏRAİT: Ermənilər Azərbaycan vətəndaşı ola biləcəkmi?

26 Avqust 2022 - 11:45
in SİYASƏT

“Azərbaycan ərazilərinə müvəqqəti “qonaq” gələn Rusiya sülhməramlıları keçmiş Laçın dəhlizindəki, Laçın şəhərindəki və ətraf kəndlərdəki postları sökür. Beləliklə, 10 Noyabr Bəyanatının 6-cı maddəsinin tələbləri vaxtından əvvəl yerinə yetirilir: Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxır və Qarabağla Ermənistanın əlaqəsini təmin edən alternativ marşruta yerləşir. Bundan sonra isə Azərbaycan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizliyinə verdiyi zəmanəti icra etmək mexanizmlərini işə salacaq. Buna görə də, Qarabağdakı və Şərqi Zəngəzurun Laçın hissəsindəki təhlükəsizlik şəraitinə dair ətraflı təhlillər hazırlanıb dövlət rəhbərliyinə təqdim olunacaq”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbukda paylaşım edib.

Onun sözlərinə görə, proseslər Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olub-olmayacağı barədə sualını aktual mövzu kimi saxlayır, bunun hansı formada nəticələnəcəyi isə hələ də havadan asılı vəziyyətdə qalır:

“Hərçənd ki, Qarabağ ermənilərinin içərisindəki “nüfuz sahibləri” Ermənistandan əllərini üzərək Azərbaycanla bir bağlantı qurmağa can atırlar və onlar Bakının şərtlərini, vətəndaşlıq üçün təqdim etdiyi kriteriyaları mülki ermənilərə çatdırırlar. Qarabağ ermənilərinin taleyi onların seçəcəyi mövqedən asılıdır, əgər onlar Azərbaycan vətəndaşı kimi yaşamaq istəsələr, bu zaman Bakı Konstitusiya əsasında bu istiqamətdə aidiyyəti çərçivə və hüquqi yanaşmalar hazırlayacaq. Əgər mülki ermənilər Ermənistana üz tutsalar, Azərbaycan yalnız onların gedişinin təhlükəsizlik şərtləri altında baş tutmasını təmin edəcək və onların seçiminə hörmətlə yanaşacaq. Ortalıqda qalan erməni silahlıları isə mülki vətəndaş qılığına girə bilməyəcək, yəni Azərbaycan Konstitusiyasını qəbul edib yaşamağa cəhd etsələr, bu, onlar üçün bir az ağrılı olacaq. Birinci növbədə, onlar Azərbaycan bayrağı altına keçmək istəyirlərsə, tərksilah edilməlidirlər və ya silahı könüllü şəkildə yerə qoymalıdırlar, sonrakı mərhələdə isə Azərbaycanın cəza qanunları ilə mühakimə olunmalıdırlar”.

A.Kərimovun fikrincə, qanunsuz erməni hərbi birləşmələrinin nümayəndələri Azərbaycan həbsxanalarında islah edildikdən sonra vətəndaşlıq məsələləri həll edilə bilər:

“Azərbaycanın cari fəaliyyəti daha çox Xankəndidəki, Xocalıdakı, Ağdərə şəhərindəki təhlükəsizlik şəraitinin düzgün qiymətləndirilməsinə köklənib. Elə bir konfiqurasiya qurulmalıdır ki, gələcəkdə burada yaşamağı seçəcək ermənilərin hər hansı terror fəaliyyətlərinin cücərtisi belə görünməsin. Yəni, postmünaqişə reallıqlarının təhlükəsizlik sferasının strateji əsaslı analizləri diqqətli hazırlanır ki, perspektivdə müşküllər ərsəyə gəlməsin. mAzərbaycan Laçın şəhərinə və ətraf kəndlərə konstitusion nəzarətini bərpa etdikdən sonra üfüqlərdə qalan bir sıra düyünlərin açılması daha da asanlaşacaq.
Azərbaycan tədrici proseslərlə Rusiya sülhməramlı kontingentinin ölkədən çıxarılması üçün mühit hazırlayır və bu istiqamətdəki hərəkətlilik sürət qazanacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ordusu Laçında – Əliyev açıqladı

Next Post

AzTV Mehriban Əliyevanın doğum günü münasibətilə iki sənədli film hazırlayıb – FOTO/VİDEO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
AzTV Mehriban Əliyevanın doğum günü münasibətilə iki sənədli film hazırlayıb – FOTO/VİDEO

AzTV Mehriban Əliyevanın doğum günü münasibətilə iki sənədli film hazırlayıb - FOTO/VİDEO

“ABŞ və İngiltərənin Ukraynaya dəstəyi müharibənin uzadılmasına hesablanıb”-ŞƏRH

"ABŞ və İngiltərənin Ukraynaya dəstəyi müharibənin uzadılmasına hesablanıb"-ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.