"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Laçın dəhlizi” qüvvədən düşür

26 Avqust 2022 - 16:23
in SİYASƏT

“Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür: hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla müxtəlif həll planlarına salınıb; dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı FB hesabında bildirib.

O, qeyd edib:

“10 noyabr razılaşmasında “Laçın dəhlizi”ndən bəhs olunur, yeni yol isə Laçının kənarından keçir. Bakı 10 noyabr razılaşmasına istinadən “dəhliz” detalının yeni yola aid olmadığı məntiqini irəli sürə bilər. Razılaşmanın 6-cı bəndində qeyd olunur ki, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var. Bakı razılaşmanın bu bəndini istədiyi kimi şərh edə bilər:

Birincisi, “Laçın dəhlizi”nin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə “dəhliz” ifadəsinin qeyd olunmadığı əsası ilə bu yolda postlarımızın qurulması gündəmə gətirilə bilər;

İkincisi, erməni avtomobillər sülhməramlıların postlarında yoxlanılmaqla yanaşı, yenə onların müşaiyəti ilə bizim postlarda yoxlanılaraq keçə bilər; təhlükəsizliyin təmin edilməsi baxımından ən azı bir yerdə Azərbaycan postunun qurulması lazımdır;

Yaxud Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin – Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərki-silah edilməsi və s. – yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır.

Adətən Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur, xüsusilə 4-cü bəndin icrası məsələsi aktuallaşanda. Bu dəfə belə bir imkan bizdədir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran və Rusiya gəmiləri Bakı limanını tərk etdi – Foto

Next Post

Bayramovdan Laçınla bağlı paylaşım

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ceyhun Bayramov Brüsseldə NATO Baş katibi ilə görüşəcək

Bayramovdan Laçınla bağlı paylaşım

“Ceyms Vebb” bu ekzoplanetdə karbon qazı aşkarladı

“Ceyms Vebb” bu ekzoplanetdə karbon qazı aşkarladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.