"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Soçidə razılaşdırılmış Əliyev-Putin-Sarkisyan planının gizlinləri açıldı

28 Noyabr 2014 - 15:30
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev virtualaz.org və haqqin.az saytlarına eksklüziv müsahibəsində bu ilin avqust ayında Soçidə prezidentlər İlham img1690249Əliyev, Vladimir Putin və Serj Sərkisyan arasında razılaşdırılmış Qarabağ planını açıb.
Lakin deputat deyir ki, Ermənistan bu planının reallaşmasına mane olur.
-Belə təəssürat yaranır ki, Rusiyanın sülh danışıqlarının fəallaşmasına yönələn bütün səyləri iflasa uğrayıb. Axı prezidentlərin Soçi görüşündən sonra xeyli gözləntilər var idi. Necə ola bilər ki, tərəflər hər hansı razılaşmaya yaxınlaşa bilmədilər?
-Əksinə, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları zamanı çox mühüm razılaşma əldə edilmişdi. Bu razılaşma Azərbaycanın zəbt olunmuş rayonlarının mərhələlərlə boşaldılması yolunda bir çox mübahisəli məsələləri aradan qaldırmışdı. Razılaşmanın yerinə yetirilməsi qoşunların təmas xəttindən qansız-qadasız geri çəkilməsinə və qaçqınların öz yerlərinə qayıtmasına imkan verəcəkdi. Paralel olararaq Qarabağın gələcək statusunun referendumda müəyyən edilməsinin müzakirəsi imkanları yaranırdı.
Bu münaqişənin tarixi boyu keçirilən digər görüşlərdən fərqli olaraq məhz bu görüş və orada qəbul edilmiş qərarlar məsələnin sülh yolu ilə həll edilməsinə çox ciddi təsir göstərə bilər. Bu, Rusiyanın regionda sülhün təmin edilməsinə əhəmiyyətli töhfəsi olardı.
-Yəni siz demək istəyirsiniz ki, prezidentlər Soçidə konkret razılaşma əldə etmişdilər?
-Əvvəlcə bütün tərəflər Rusiyanın irəli sürdüyü təkliflərlə razı idi. Bu, Cənubi Qafqazdakı üzücü münaqişənin nizamlanmasına böyük ümidlər yaratmışdı. Azərbaycan və erməni tərəflərinin maraqlarını nəzərə alaraq Rusiya prezidentinin Administrasiyası və XİN tərəflər arasında sülhün əldə edilməsinin daha məntiqli formulunu işləyib hazırlamışdı. Həmin formul münaqişə tərəflərinin prezidentləri tərəfindən qəbul edilmişdi və Rusiya bundan xeyli sevinmişdi. İndi prosesin ləngiməsi və həmin prinsiplərin yerinə yetirilməməsi aydın deyil. Mənim Azərbaycan rəhbərliyi ilə bu yaxınlarda keçirdiyim görüşdə aydınlaşdı ki, rəsmi Bakı bu prosesin həyata keçirilməsinin başlamasını böyük ümidlə gözləyir və onlara aydın deyil ki, erməni tərəfi həmin prinsiplərin yerinə yetirilməsini niyə təxirə salır.
Onlar öz tərəflərindən məni əmin etdilər ki, Soçi görüşündə əldə edilmiş bütün razılaşmalar qüvvəsində qalır, Rusiyaya, onun prezidenti Vladimir Putinə Qarabağ münaqişəsinin dinc yolla həllində, işğal edilmiş torpaqların geri qaytarılmasında böyük ümidlər bəslənilir.
Mən çox ümid edirəm ki, yaxın vaxtlarda Ermənistan rəhbərliuyi Soçi görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə başlayacaq. Çünki biz regionda neqativ tendensiya müşahidə edirik. Soçi razılaşmalarından nə qədər uzaqlaşsaq regionda vəziyyət o qədər çox gərginləşəcək. Hər iki tərəfdən lüzumsuz, mənasız itkilər var. Soçi görüşündən nə qədər uzaqlaşsaq tərəflərə masa arxasına keçib öz xalqlarının dinc gələcəyi üçün qərarlar qəbul etmək də o qədər çətin olacaq.
Bu, taleyin qonşu etdiyi iki xalq arasında sülhün əldə edilməsi üçün daha bir şansdır. Azərbaycan və Ermənistan yüz illiklər boyu mövcuddur. Hər iki tərəfin insanlıq tarixində öz rolu var. Onlar uzun əsrlərdir qonşudur və hələ uzun əsrlər boyu qonşu olmaqda davam edəcəklər. Münaqişənin onilliklər boyu uzanmasına imkan vermək olmaz. Belə olsa sizin uşaqlarınızın başı üzərində dinc səma da olmayacaq, deməli onların normal, xoşbəxt gələcəyi də olmayacaq.
-Əksinə, Soçi görüşündən sonra regionda gərginliyin artması müşahidə edilir. Hərbi əməliyyatların başlaması nə dərəcədə realdır və Rusiyanın mövqeyi necə olacaq?
-Müharibənin elə bu saat başlayacağı hissi həmişə gənc nəsli və onların valideyinlərini təqib edəcək. Bu isə gənc nəslin həyatında heç də xoş hisslər deyil. Rusiyanın perimetri boyu qaynaq münaqişələr bizim ölkəmizin və xalqımızın marağında deyil. Biz bütün mümkün yollarla bu münaqişə ocaqlarını söndürməyə, münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmağa çalışırıq. Rusiya öz sərhədləri boyu qardaş qırğınlarından çox əziyyət çəkir. Biz buna laqeyd qala bilmərik, axı vaxtilə vahid, böyük ölkədə yaşamışıq, onun oğulları, qızlarıyıq. Biz SSRİ vətəndaşları olmuşuq və bu nəhəng ölkədə sərbəst hərəkətə, harada istəsələr orada yaşamağa imkan vermişik.
-Lakin razılaşın ki, Azərbaycan heç cür öz ərazilərinin işğal edilməsi ilə barışa bilməz.
-Müharibə-təkcə dağıntı və ölüm deyil, eyni zamanda doğma torpaqları, əcdadlarının məzarlarını tərk etmək deməkdir. Görün nə qədər azərbaycanlı doğma kəndlərinə, ata-baba evlərinə gedə bilmir. Daha da ağır olanı budur ki, insanlar öz ata-analarının məzarlarını ziyarət etmək imkanından məhrumdur, çünki onların dəfn olunduqları yerlər qarşı tərəfin işğalı altındadır. Mən azərbaycanlıların Şuşa kimi gözəl şəhərə baş çəkmək imkanından məhrum edilməsini yaxşı başa düşürəm. Bu, çox çətindir, ona görə də bu münaqişənin yenidən alovlanmaması üçün Soçi razılaşmalarını yerinə yetirmək lazımdır. Azərbaycan tərəfi Rusiya prezidentinin Soçidə təqdim etdiyi təkliflərə Ermənistandan cavab addımları gözləyir. Bu, realdır və yaxın vaxtlarda ilk addımar atılacaq. Axı həmin razılaşmaların yerinə yetirilməsinin qarantı Rusiya və onun prezidenti Vladimir Putindir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədən Rusiyaya jest

Next Post

Putin: ” Türkiyənin çiynində daşıdığı yükün fərqindəyik”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Putin: " Türkiyənin çiynində daşıdığı yükün fərqindəyik"

Polis polkovniki vətəndaşın külli miqdarda pulunu mənimsəyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.