Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhəri bütövlükdə Azərbaycana təhvil verildi. Təbii ki, Azərbaycan Ordusunun heç bir itki vermədən Laçına daxil olması sevindiricidir. Hazırda cəmiyyətimizi maraqlandıran əsas suallardan biri Laçından sonra hədəfimizin nə və hansı istiqamətə olmasıdır.
Mövzu barədə Elchi.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bundan sonra Azərbaycanın iki hədəfi olduğunu vurğulayıb:
“Əsas məsələ delimitasiya, demarkasiya və təbii ki, Zəngəzurla bağlı konseptual məsələlərin həllidir. Ən önəmli məqam isə təbii ki, Zəngəzurla bağlıdır. Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycan bütün xarici siyasətinin resurslarını sərf edəcək, burada qlobal və regional maraqlar var. Hesab edirəm ki, Qarabağın daxilində qalan separatçıların oradan çıxarılması daha ciddi məsələdir. Zaman-zaman həmin separatçıların Qarabağdan çıxarılması istiqamətində lazım olan addımlar atılacaq”.
Yeganə





