“Amerika Erməni Milli Komitəsi məlumat yayıb ki, bu il avqustun 23-də Kaliforniya ştatının Qlendeyl Şəhər Şurası yekdilliklə Qlendeyl ilə Qarabağın Xocavənd şəhəri( “Artsaxın Martuni şəhəri” adı altında) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında qətnamə qəbul edib”.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:
“Qlendeyl meri Ardaşes Kassakhianın irəli sürdüyü və Şura üzvü Ara Nacarian tərəfindən dəstəklənən qətnamə Şəhər Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Nacarian deyib ki, “Martuni sakinləri onlara mənəvi dəstəyimizdən ürəklənəcəklər , turizm və maliyyə dəstəyi haqda da düşünülür”.
Şuranın digər üzvü Elen Asatryan isə bildirib ki, atlan addım “hazırda Artsaxda baş verənlərin müqabilində bizim edə biləcəyimiz ən az şeydir”.
Bildirilir ki, Qlendeyldən əvvəl Cənubi Kaliforniyadakı bir sıra digər yerli idarəetmələr də oxşar addımlar atıblar. Belə ki, işğal davam etdiyi illərdə Los-Anceles Şuşa ilə(Şuşi adı altında), Burbank şəhəri Hadrut , Piko Rivera şəhəri Kəlbəcərlə( Karvacar adı altında) , Montebello şəhəri Xankəndi ilə(Stepanakert adı altında), Haylənd şəhəri Laçınla(Berdzor adı altında) qardaşlaşıbmış.
Qlendeyl Los Anceles yaxınlığında 200 min əhalisi olan şəhərdir. Şəhər əhalisinin 40 %-dən çoxu ermənidir. Amma bütün biznes və idarəetmə strukturları erməni icmasının nəzarətindədir. Qlendeyl haqda tanıtım xarakterli mətnlərdə İrəvandan sonra ermənilərin demoqrafik üstünlüyü olan ikinci böyük şəhər kimi təqdim olunur”.
Yeganə






